JURNALİSTİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB

Bu gün (22 aprel) 1 saylı Bakı Şəhər İnzibati İqtisad Məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) Daxili İşlər Nazirliyinə qarşı iddiası üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Məhkəmədən sonra jurnalistin vəkili Elçin Sadıqov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, prosesin təxirə salınmasına səbəb jurnalistin işin materialları ilə tanış olmamasıdır. Hakim iddiaçı tərəfin iş materialları ilə tanış olmaq və  öz  etirazlarını yazılı təqdim etməsi üçün prosesi təxirə salıb.

Xatırladaq ki, jurnalistin verdiyi məlumata görə, son parlament seçkilərindən sonra ona qarşı təzyiqlər başlayıb. Nömrəsi məlum olan avtomobillə izlənilib, dəfələrlə döyülməklə üz-üzə qalıb. Mobil telefonuna hədəli zənglər gəlib. Jurnalist məsələnin araşdırılması üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib  İki ay Daxili İşlər Nazirliyindən cavab almayan jurnalist məhkəməyə müraciət edib.

 

Previous Post

MİTİNQDƏ HƏBS EDİLƏN GÖZƏL BAYRAMLI AZADLIĞA ÇIXIDI

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 22 APREL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.