JURNALİSTİN POLİS RƏİSİNƏ QARŞI QALDIRDIĞI İDDİA TƏMİN OLUNMADI

Dünən (28 iyul) Naxçıvan şəhər Məhkəməsində hakim Hicran Muradovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATI) Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevin  Naxçıvan şəhər Polis Şöbəsinin rəisi  Səbuhi Novruzovun  fəaliyyətsizliyi haqda Naxçıvan şəhər məhkəməsində qaldırdığı iddia üzrə qərar çıxarılıb.

Hakim müxbirlərin ərizə ilə polisə müraciət etdikdən sonra hadisənin gedişi ilə  maraqlanmadıqlarını əsas gətirərək iddianı rədd edib. İddiaya səbəb 30 yanvar 2009-cu il tarixdə müxbirin mobil telefonuna olunan təhdid zəngləri ilə bağlı Naxçıvan şəhər Polis Şöbəsinə etdiyi müraciətə cavabın verilməməyi və jurnalistləri təhqir edib hədələyən şəxsin cəzalandırılmamağı olub.

Xatırladaq ki, 29 yanvar 2009-cu il tarixdə saat 18:55-də RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasovun istifadə etdiyi  mobil telefon nömrələrinə hədə xarakterli zənglər  olunub. Özünü Sədərək rayon sakini Malik Əliyev kimi təqdim edən şəxs Elman Abbasovun və həmkarı Həkimeldostu Mehdiyevi  təhqir edib və ölümlə hədələyib. Habelə həmin şəxs müxbirlərin redaksiya kimi  istifadə etdikləri Demokratiya və QHT-lərin İnkişaf  Resurs Mərkəzinin  Naxçıvan şəhər, Atatürk prospekti 33 ünvanında yerləşən ofislərini partladaraq onları öldürəcəyini bildirib. Təxminən 10 dəqiqə sonra həmin şəxs “Azadlıq” radiosunun və “Turan” İnformasiya agentliyinin müxbiri Məlahət Nəsibovanın da  mobil telefonuna zəng edərək  müxbiri ölümlə hədələyib. O, 4 fevral 2009-cu il tarixdə saat 22:45-də isə H.Mehdiyevin mobil telefonuna zəng edərək növbəti dəfə jurnalistləri hədələyib və onların ünvanlarına nalayiq söyüşlərlə təhqir edib.

Previous Post

İKİ HÜQUQ MÜDAFİƏÇİSİ BAŞ REDAKTORU MƏHKƏMƏYƏ VERİB

Next Post

ƏVƏZ ZEYNALLI BARƏDƏ CİNAYƏT İŞİNƏ XİTAM VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.