“ SÖZ AZADLIĞI VƏ JURNALİSTLƏRƏ YARDIM FONDU ” BİR NEÇƏ JURNALİSTƏ YARDIM EDİB

“Söz Azadlığı və  jurnalistlərə yardım fondu” bir neçə jurnalistə yardım edib. 

“Ötən müddət ərzində onlara daxil olan 7 müraciətə baxılıb və  yardım barədə qərar da Fondun İdarə Heyətinin iclasında qəbul edilib. Fondun Əsasnaməsinin  məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi bəndinə görə “Yeni Müsavat” və “Xural” qəzetinin redaksiyalarının hər birinə 300 manat məbləğində maliyyə yardımı edilib. Peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi bəndinə görə “Day.az” saytının əməkdaşı Əkbər Həsənova, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlova, “Milli yol ” qəzetinin əməkdaşı Anar Əliyevə müstəqil jurnalist Mahal İsmayıloğluna 240 manat məbləğində yardım edillib – deyə Fonddan bildiriblər.
Bundan başqa  təzyiqlər  nəticəsində fəaliyyətini dayandıran jurnalistə yardım edilməsi bəndinə görə AZ.TV- nin sabiq əməkdaşı  Asəf Quliyevə 240, həbs edilən jurnalistin ailə üzvünə  və ya nümayəndəsinə yardım edilməsi bəndinə görə bloggerlər Emin Milli və Adnan Hacızadənin, habelə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 500 manat məbləğində maliyyə yardımı edilib.  
Xatırladaq ki, “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.  Bütövlükdə 1800 manat həcmində maliyyə yardımı ayrılıb

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 29.09.2010

Next Post

EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏ PROTOKOLLARINA DAİR QEYDLƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.