HAKİM SİYASƏTÇİ İLƏ HAKİMİ BARIŞIĞA DƏVƏT EDİB

Dünən (22 dekabr) Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə qarşı iddiasına əsasən “Ölkə” qəzetinin  Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə ilkin hazırlıq iclası keçirilib.

 Bu barədə bu gün (23 dekabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanov məlumat verib.

Baş redaktorun sözlərinə görə, iclasda özü və qəzetin vəkili Azər Rəsulov və iddiaçının nümayəndələri Elxan Abbasov və Əvəz Temirxan iştirak ediblər.

R. Becanov bildirdi ki, hakim tərəfləri barışığa dəvət edərək bu barədə danışıqlar aparmalarını məsləhət bilib və prosesi 27 yanvar saat 10:30-a təyin edib.

Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir?” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib. İddia ərizəsində göstərilib ki, cavabdehlərdən məhkəmə qərarı ilə tutulacaq bütün məbləğ Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın hesabına köçürülsün. 13 sentyabr 2010-cu ildə Yasamal rayon Məhkəməsi  qəzetə qarşı iddianı təmin edərək, 4 000  (min)  manat cərimələnməsi barədə qərar verib.

Qeyd edək ki, “Ölkə” qəzeti 2008-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunur.

 

Previous Post

SOSİAL TƏLƏBLƏ KEÇİRİLƏN AKSİYADA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.