ƏVƏZ ZEYNALLIYA KƏSİLƏN 50 MİN MANATLIQ CƏRİMƏ CƏZASI YARIYA QƏDƏR AZALDILDI

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın iddiasına əsasən Nərimanov rayon məhkəməsinin 23 yanvar tarixli qərarından verdiyi apellyasiya şikayətinə əsasən yekun proses keçirilib.

Vəkil Elçin Sadıqov əvvəlcə hakimin başqa bir işlə bağlı Əvəz Zeynallının əleyhinə qərar çıxardığını əsas gətirərək məhkəmə tərkibinə etiraz edib. Lakin etiraz təmin edilməyib. Daha sonra Sadıqov “Bakı Baltika” MMC-də tərkibində mikrob olan pivələrin təkrar emal olunduğunu əks etdirən videoçəkilişə baxış keçirilməsi ilə bağlı vəsatət verib. Hakim bu vəsatəti də təmin etməyib.
Vəkil sonda Əvəz Zeynallının prosesdə iştirakının təmin edilməsi ilə bağlı vəsatət verib və vəsatət təmin edilməyəcəyi təqdirdə baş redaktorun nümayəndəsi qismində çıxış etməkdən imtina edəcəyini bildirib. Hakim bu vəsatəti də təmin etmədiyindən Elçin Sadıqov məhkəmə salonunu tərk edib.
Adam Telexurayın nümayəndəsi Arif Ağayev isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edib.
Hakim apellyasiya şikayətinin təzminat hissəsinin dəyişdirilməsi və cərimənin 50 min manatdan 25 min manata endirilməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, iddiaçı "Xural" qəzetinin bir neçə sayında "Baltika-Bakı" MMC haqqında dərc olunmuş araşdırma məqalələrdə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək, qəzetin təkzib verməsini, 150 min manat cərimələnməsini istəmişdi. Nərimanov məhkəməsi isə həmin iddianı qismən təmin edərək Əvəz Zeynallının 50 min manat cərimə olunması ilə qərar qəbul etmişdi.  

Previous Post

VƏKİL ELÇİN SADIQOV MƏHKƏMƏNİ YARIMÇIQ TƏRK ETDİ

Next Post

BAKIDA NURU PAŞANIN BÜSTÜ AÇILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.