JUHİ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ YENİ PROQRAMIN İCRASINA BAŞLAYIB

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (Soros) maliyyə dəstəyi ilə may ayında başladığı “Jurnalistlərin sosial hüquqlarının qorunmasının vəkilliyi” layihəsinin ikinci proqramının icrasına başlayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna JuHİ sədri Müşfiq Ələsgərlinin sözlərinə görə birinci proqramda KİV işçilərinin sosial baxımdan spesifik problemlərinin müzakirə edilməsi və vəziyyətdən çıxış yolları axtarılması üçün dəyirmi masalar və seminarlar keçirilib. “Artıq ikinci proqram üzrə əmək hüquqlarının pozulması barədə JuHİ-yə müraciət edən jurnalistlərin müraciətlərinin araşdırılması və təşkilatın hüquqşünası tərəfindən qiymətləndirilməsi mərhələsinə start verilib. Əgər müraciət tərəfi haqlı olarsa, onda müraciət edən jurnalistə hüququnun bərpası üçün lazımi dəstək veriləcək. Bu dəstək vəkil xidmətindən, maddi yardımdan və digər məqamlardan ibarət olacaq” – deyə ,M.Ələsgərli bildirdi.
Previous Post

AZAD DALĞALAR LAYİHƏSİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Next Post

HƏMKARLARI ÇİNGİZ MUSTAFAYEVİN QƏBRİNİ ZİYARƏT EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.