XƏDİCƏ İSMAYILOVANIN ”YENİ AZƏRBAYCAN”A QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Səbail rayon Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın “Yeni Azərbaycan” qəzeti və qəzetin baş redaktoru Hikmət Babaoğluna qarşı iddiasını təmin etməyib. Qərar bu gün hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

Xədicə İsmayılova “Yeni Azərbaycan” qəzetində onun barəsində 13 mart və 20 mart tarixlərində dərc olunmuş yazıların yalan olduğunu və heç bir mənbəyə söykənmədiyini bildirib. O, həmin yazılarla bağlı təkzib verilməsi və 2000 manat təzminat ödənilməsi ilə bağlı çıxarılmasını istəyib.

“Yeni Azərbaycan” qəzeti baş redaktorunun müavini Aqşin Hümbətov isə həmin yazılardakı faktların vaxtilə digər KİV-lərdə dərc edildiyini və bunların təkzib edilməyini bildirib, məhkəmədən iddianın təmin edilməməsini xahiş edib.

Müşavirədən sonra hakim iddianın təmin edilməməsi ilə bağlı məhkəmə qərarını elan edib.

Xatırladaq ki, cari il mart ayının 7-də jurnalist X.İsmayılovanın şəxsi həyatına aid və gizlin şəkildə çəkilmiş fotoşəkillər ona və ailə üzvlərinə təqdim edilib. Bir necə gün sonra isə xüsusi yaradılmış internet səhifəsində jurnalistin porno görüntüləri yerləşdirilib. Hazırda da jurnalist korrupsiya faktları ilə bağlı apardığı jurnalist araşdırmalarını dayandırması tələbi ilə şantaj və hədələrə məruz qalmadadır.

Previous Post

İRANDA HƏBSDƏ OLAN ŞAİRLƏRƏ BU GÜN HÖKM OXUNMASI TƏXİRƏ SALINIB

Next Post

10 avqust, 2012-ci il tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.