XALİD BAĞIROV VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (10 oktyabr) Nəsimi rayon məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə vəkil Xalid Bağırovun 1 il müddətinə  kollegiyadan uzaqlaşdırılmasına dair Vəkillər Kollegiyasının 24 avqust 2011-ci il tarixli qərarından verdiyi  iddia üzrə  məhkəmənin hazırlıq iclası  keçirildi.

Prosesdə iddiaçı X. Bağırov, nümayəndəsi Elçin Namazov  və cavabdeh tərəfdən isə Quliyev Feruz iştirak edirdilər.

X. Bağırov və nümayəndəsi E. Namazov cavabdeh tərəfin nümayəndəsinə verilmiş etibarnamənin VK tərəfindən deyil, Rəyasət Heyəti tərəfindən verilməsini əsassız hesab edilməsini və buna səbəb kimi iddianın VK-ya qarşı qaldırıldığını bildirdilər.

Cavabdehin nümayəndəsi buna etiraz edərək, əsassız olduğunu məhkəməyə bildirdi.

Hakim E. Hümbətov cavabdehin nümayəndəsinə növbəti proses zamanı VK-nın etibarnaməsinin məhkəməyə təqdim edilməli olduğunu bildirdi. Hakim eyni zamanda hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərovun müstəqil tələb irəli sürərək 3-cü şəxs qismində prosesdə iştirak etmək barədə məhkəməyə ərizə təqdim etdiyini  dedi.

Daha sonra iddiaçı və nümayəndəsi vəsatət qaldıraraq,   iddianın təminetmə tədbiri kimi məhkəmənin rəyasət heyətinin qərarının icrasını dayandırılması məhkəmədən xahiş edərək, buna əsas kimi  işə mahiyyəti üzrə baxılana qədər bir il müddət keçə biləcəyini ondan sonra iddiaçının xeyrimə çıxacaq qərarın  əhəmiyyətsiz ola biləcəyini dedilər.

Müşavirədən qayıdan hakim E. Hümbətov vəsatətin və  hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərovun müstəqil tələb irəli sürərək 3-cü şəxs qismində prosesdə iştirak etmək barədə məhkəməyə ərizəsinin təmin edilmədiyini, prosesin 3 noyabr saat 12:00-a təyin edildiyini elan etdi.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov  “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında 13 yanvar 2011-ci il tarixdə  Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2 ci  (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə  15 aprel 2011-ci il tarixdə xüsusi ittiham qaydasında şikayət verən şəxsin üzrlü səbəb göstərmədən prosesdə iştirak etməməsini və xüsusi ittihamçının vəkilinin qanunla müəyyən edilmiş sənədi olan etibarnamənin  mövcud olmadığını əsas gətirərək, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar elan etmişdi. 24 avqust 2011-ci ildə isə   Vəkillər  Kollegiyası  Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun müraciətinə əsasən 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar verib.

Previous Post

ÖMÜRLÜK MƏHBUSUN QARDAŞI İŞƏ YENİDƏN BAXILMASINI TƏLƏB EDİR

Next Post

VƏKİLLƏRƏ QARŞI TƏZYİQLƏR DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.