ƏVƏZ ZEYNALLININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

       Matrın 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədirliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Nərimanov rayon Məhkəməsinin  3 fevral  2011-ci il tarixli qərarından verilən şikayəti əsasında məhkəmə prosesi keçirildi.

Prosesdə şikayətçi “Xural”  qəzetinin baş redaktoru Əvəz Zeynallı iştirak etsə də, cavabdeh tərəfdən heç kim iştirak etmirdi.

            Əvəz Zeynallı şikayətini müdafiə etdiyini deyərək, 3000 manat cərimənin ləğv edilməsini və  ödəməli olduğu 100 manatı mərhələ – mərhələ ödəməyə hazır olduğunu bildirdi.

            Hakim Əflatun Qasımov şikayətin qəbul olunmaması barədə qərarını elan elədi.

            Prosesdən sonra Əvəz  Zeynallı hakimin qərarını ədalətsiz hesab etdiyini deyərək,  qərardan kassasiya şikayəti verəcəyini bildirdi.

            Xatırladaq ki,  müğənni Nüşabə Ələsgərli “Xural”  qəzetinin 04.03.2007 tarixdə dərc olunan “İTV “Xural”a tələ qurdu” adlı məqaləsində şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək,  “Xural” qəzetinə qarşı iddia qaldırmışdı. Nərimanov rayon Məhkəməsi qəzet redaksiyasının  100 AZN məbləğində cərimə ödəməsi, eləcə də qəzetin növbəti saylarında təkzib verilməsi barədə qərar çıxarıb. Amma redaksiya maddi imkansızlıqdan cərimə məbləğini vaxtında ödəyə bilməyib. Daha sonra isə Nərimanov rayon Məhkəməsi  3 fevral  2011-ci il tarixli qərarı ilə cəriməni vaxtında ödəməməyinə görə  baş redaktorun 3 000 manat həcmində cərimə edilməsi barədə qarar vermişdi.

Previous Post

ƏVƏZ ZEYNALLININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ DƏ RADİONUN AÇILMASINDAN İMTİNA İLƏ BAĞLI İDDİANI TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.