“XURAL” QƏZETİNDƏN APELYASİYA QƏRARINI İCRA ETMƏYİ TƏLƏB EDİRLƏR

Nərimanov rayon İcra Şöbəsi Bakı Apelyasiya Məhkəməsinin 18 iyul 2011-ci il tarixli qərarının  10 gün müddətində könüllü icra edilməsi ilə bağlı “Xural” qəzetinə  bildiriş göndərib. Bu barədə bu gün (30 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

Baş redaktorun sözlərinə görə, icra qərarında icranın könüllü təmin edilməyəcəyi təqdirdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulacağı da əks olunub.

Ə. Zeynallı onu da qeyd etdi ki, iş adamı Tlexuray Adam Ayuboviç qəzetə qarşı “şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ilə Nərimanov rayon  Məhkəməsinə müraciət edib və hazırlıq iclası 06 oktyabr saat 10:30-a təyin edilib.            

Xatırladaq ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul 2010-cu il tarixli sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması kimi dəyərləndirərək, cavabdehin təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdi. Nərimanov rayon Məhkəməsi 12 oktyabr 2010-cu il tarixində  iddianı təmin etməmişdi. 7 fevral 2011-ci il tarixində Apellyasiya Məhkəməsi Səfərlinin iddiasını qismən təmin edərək Zeynallının üzür istəyərək təkzib verməsi və 5 min manat həcmində cərimələnməsi barədə qərar verib. 17 iyun 2011-ci il tarixində Ali Məhkəmə apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlanıldığını bildirən qərar elan edib.

 

Previous Post

MÜXALİFƏTÇİLƏRƏ HÖKM OXUNMASI OKTYABRIN 3-DƏK TƏXİRƏ SALINIB

Next Post

MÜXALİFƏTÇİLƏRƏ HÖKM OXUNMASI OKTYABRIN 3-DƏK TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.