“XURAL” QƏZETİNİN 7 YAŞI TAMAM OLDU

oktyabr 7th, 2009

Bu gün (06 oktyabr)  “Xural” qəzetinin 7 yaşı tamam oldu.

Bu münasibətlə qəzetin redaksiyasında keçirilən tədbirdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşları da iştirak edib. RATİ sədri Emin Hüseynov və əməkdaşlar “Xural” kollektivini təbrik edərək, onlara müstəqil mətbuat uğrunda mübarizədə uğurlar arzulayıblar.

Qeyd edək ki, müstəqil qəzet olan “Xural” 2002-ci ildən Əvəz Zeynallının təsisçiliyi və baş redaktorluğu ilə dərc olunur.  Azərbaycan mətbuatında xüsusi çəkisi olan və ictimai rəyə təsir etmək qabiliyyətinə görə seçilən “Xural” qəzetinin 7 ildə 350 sayı işıq üzü görüb və qəzet bir çox böyük layihələrə imza atıb.