“XURAL”-IN APELLYASİYA ŞİKAYƏTİ İCRAATA GÖTÜRÜLÜB

fevral 5th, 2008
Bu gün Bakı şəhər Apellyasiya məhkəməsinin hakimi İlham Əsədovun sədrliyi ilə “Azərbaycan” Nəşriyyatının “Xural” qəzetinə qarşı qaldırdığı iddia əsasında çıxarılan qərardan verilən Apellyasiya şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib. 

Hakim tərəflərə hüquq və vəzifələrini açıqladıqdan sonra növbəti məhkəmə prosesini 12 fevral saat 12:00-a təyin edib.
 Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Alıyeva 17 yanvar 2008-ci ildə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını Cinayət Məcəllsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilərək, onun 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırılması və hər ay maaşının 15 %-nin dövlət nəfinə ödənilməsi haqqında qərar çıxarmışdı.