“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTOR MÜAVİNİ XULİQANLIQDA İTTİHAM OLUNUR

Bu gün (04 fevral) Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2  (xuliqanlıq) maddəsi ilə aparılmış cinayət işinə əsasən, " Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğluna və onun tanışı Şakir Abbasova qarşı məhkəmə hazırlıq iclası keçirildi.

Hakim prosesi M. Məsimoğlu 30 yanvar tarixində qaldırdığı vəsatətin təmin olunmadığını elan etməklə, cinayət işinin icraata götürüldüyünü elan etdi.
Qeyd edək ki, M. Məsimoğlu cinayət işinin araşdırılması üçün prokuror nəzarəti altında ilkin istintaqa qaytarılmasını barədə vəsatət qaldırmışdı. M. Məsimoğlu cinayət işinin qeyri-obyektiv aparıldığını bildirmişdi. O, qeyd etmişdi ki, 2000-ci ildə "Babadağ" qəzetində "Şəmkir polisinin çörəyi daşdan çıxır" başlığı altında yazdığı altı tənqidi məqalənin qisasını almaq üçün, əvvəllər Şəmkir RPŞ-nin İstintaq bölməsi rəisi olmuş  Yasamal rayon Polis İdarəsinin hazırkı  rəis Möhübbət Hüseynov bu cinayət işinin qərəzli aparılmasına göstəriş verib.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə Məleykə Əsədova və Emil Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində  Mübariz Məsimoğluna qarşı "xuliqanlıq" maddəsi ilə cinayət işi qaldırılıb.
Məhkəmə prosesi  fevralın 13-də saat 15:00-a davam edəcək.
Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

“ASİ” KLUBUNUN “SEÇİLƏN” FİLMİ İLƏ BAĞLI KEÇİRİLMİŞ İÇTİMAİ MÜZAKİRƏSİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.