ƏLÖVSƏT OSMANLIYA QARŞI İDDİA İCRAATA QƏBUL EDİLİB

Martın 5-də Yasamal rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Təhsil Nazirliyinin (TN) nəzdində fəaliyyət göstərən “Dərslikləri Qiymətləndirmə Şurası”nın təhsil üzrə ekspert Əlövsət Osmanlıya qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Əlövsət Osmanlı özü məlumat verib. O bildirib ki, iddiaçıların da hazırlıq iclasında iştirak etməsi ilə bağlı verdikləri vəsatət təmin olunmayıb və iddia icraata götürülüb.

Xatırladaq ki, Ə. Osmanlının “Azadlıq” qəzetində təhsildəki nöqsanlarla bağlı yazdığı silsilə yazılardan birində getmiş “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” cümləsini özlərinə qarşı böhtan hesab edən DQŞ üzvləri Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.

Previous Post

GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

“ERMƏNİ SOYQIRIMI”NIN TANINMASI ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.