“ZERKALO” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA İCRAATA YÖNƏLDİLDİ

Bu gün (04 sentyabr)  Bakı Apellasiya Məhkəməsində hakim İlqar Xələfovun sədrliyi ilə Eldar Əlizadənin  “Zerkalo” qəzetinə qarşı qaldırdığı iddia üzrə Yasamal rayon Məhkəməsinin çıxardığı qərardaddan verdiyi apellyasiya  şikayət üzrə məhkəmə prosesi keçirildi.

Hakim Xələfov Yasamal rayon Məhkəməsinin qərardadının əsaslandırılmadığını iddia edərək işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar verib.

Qeyd edək ki, “Zerkalo” qəzetində təxminən 10 ay bundan öncə 2-ci Dünya Müharıbəsinə həsr olunmuş məqalədə şərəf və ləyaqətının alçaldığını iddia edən Əlizadə Yasamal rayon Məhkəməsinə müraciət edib. Amma Yasamal rayon Məhkəməsi Əlizadənin iddiasını əsasız hesab icraata götürməmişdi.

Previous Post

SABAH “GÜNDƏLİK BAKI” QƏZETİNİN BAŞ REDAKTORUNA HÖKM OXUNACAQ

Next Post

YENİ RADİO KANALININ AÇILIŞI İLƏ BAĞLI MÜSABİQƏ ELAN EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.