Bu gün (6 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı irəli sürülmüş ittihamlarla bağlı vəkilləri Vüqar Xasayev və Elbrus Sərvərli mətbuat konfransı keçirib.
Elbrus Sərvərli də N. Quliyevin günahsız olduğunu və buna görə də məhkəmənin ona bəraət verməli olduğunu bildirdi. O, əlavə etdi ki, Nazim Quliyev özünə qarşı irəli sürülmüş ittihamların sifarişli olduğunu hesab edir.
Qeyd edək ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın iddiasına əsasən CM-nin 148-ci maddələri ilə təqsirli bilinərək, 20 may 2009-cu ildə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan isə bir neçə şəxsin müraciətinə əsasən ona qarşı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.