“LİDER” TELEKANALI HARAŞTİNİ İTTİHAM ETDİ

Dünən “Lider” telekanalının “Səda” xəbərlər proqramında ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin keçirdiyi mətbuat konfransı barədə material verilib.

Materialda mətbuat konfransında səsləndirilən fikirlərə münasibət bildirilib: “Haraştinin mətbuat konfransında səsləndirdiyi bəyanatdan belə başa düşülür ki, Azərbaycanda mətbuat azadlığı Aqil Xəlillə ölçülməlidir. Haraşti beynəlxalq qurum nümayəndəsi olduğunu unudaraq Aqil Xəlilin bıçaqlanması ilə bağlı aparılan istintaq işinin gedişini şübhə altına alıb və istintaqın gedişi barədə “mənfi” rəy formalaşdırmağa çalışıb. Əslində Mikloş Haraşti Azərbaycan dövlətinin daxili işinə qarışmaqla Azərbaycan dövlətinə hörmətsizlik etdiyinin heç fərqində də olmadı. O bir az da irəli gedərək, fikirlərinin ünvanına çatdırılması mesajı da verib. Mətbuatla görüşdə ortaya çıxan daha bir məqam: Mikloş Haraşti bir sıra jurnalistləri əfv etdiyinə görə prezident İlham Əliyevə təşəkkür etdi. Və ATƏT-in Azərbaycan hökuməti ilə yaxşı əməkdaşlıq etdiyini bəyan etdi. Belə olan təqdirdə Haraştinin beynəlxalq qurum nümayəndəsi olaraq, vasitəçilik missiyasını unudaraq Aqil Xəlilin vəkili kimi çıxış etməsi sual doğururdu. Axı mətbuat və söz azadlığı əhatə dairəsi geniş olan sahədə də Aqil Xəlillə kifayətlənmir. Bu da ona dəlalət edir ki, Haraşti Aqil Xəlilovun işi ilə bağlı hadisə barədə məlumatsızdır və ya obyektivliyi elə bura qədərmiş”.

Previous Post

“LİDER” TELEKANALI HARAŞTİNİ İTTİHAM ETDİ

Next Post

Aqil Khalil Defence committee press conference

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.