“LİDER” TELEKANALININ SAXTA SÜJET HAZIRLADIĞI BİLDİRİLİR

“Lider” telekanalı aprelin 17-də “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin müəllimləri ilə bağlı süjet yayımlayıb.

Süjetdə müəllimlərin özləri görünsə də, onların nə danışdıqları efirə verilməyib. Kadr arxasında danışan şəxs isə müəllimlərin guya jurnalisti ittiham etdiyi barədə fikirlər səsləndirib.

“Azadlıq” qəzetinin bu günkü sayında verilən məlumata görə, sözügedən süjetdən hiddətlənən müəllimlər “Lider”in saxtakarlığına etiraz olaraq şikayət məktubu hazırlayıblar.  Məlumatda o da bildirilir ki, yaxın günlərdə həmin məktub qəzetin redaksiyasına daxil olacaq və  oxuculara təqdim olunacaq.

Previous Post

AQİL XƏLİLİN VALİDEYNLƏRİNDƏN İFADƏ ALINIB

Next Post

VƏKİL BAŞ REDAKTORUN “KARSA” SALINMASINI QANUNSUZ HESAB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.