“Bizim yol” qəzetinin bu günkü sayında gedən məlumatda bildirilir ki, yanvarın 14-də “Lider” televiziyasının operatoru Anar İbrahimov bıçaqlanıb.
Bakı şəhəri Ş.Mehdiyev küçəsində jurnalistə yaxınlaşan iki nəfər naməlum şəxs ondan üzərindəki əşyaları tələb ediblər. A.İbrahimov etirazını bildirdiyi üçun naməlum şəxslərdən biri əlindəki bıçaqla İbrahimova xəsarət yetirib və həmin şəxslər onun telefonunu götürərək hadisə yerindən qaçıblar. Hadisədən sonra jurnalist Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb.