MƏMMƏD ƏHMƏDOĞLU MƏTBUAT ŞURASININ TƏKZİB VERMƏSİNİ İSTƏYİR

Bu gün (23 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Korrupsiya və Cəmiyyət ” jurnalın baş redaktoru Məmməd Əhmədoğlu "Mətbuat Şurası “Korrupsiya və Cəmiyyət” jurnalını şantaj edən R. Quliyev dəstəsinin üzvü olan şəxsin sifarişini yerinə yetirdi " mövzusunda mətbuat konfransı keçirib.

Tədbirdə çıxış edən “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlu Mətbuat Şurasının (MŞ) media reketliyi ilə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə APA İnformasiya Agentliyinə reket qəzetlərin siyahısını açıqladıqdan sonra, Mətbuat Şurasına getdiyini bildirdi. MŞ-də isə ona bildiriblər ki, jurnal təşkilata daxil olan məktublar əsasında reketlər siyahısına daxil edilib: ”Mətbuat Şurası heç bir araşdırma aparmadan “Korrupsiya və Cəmiyyət” jurnalını özlərinin məsuliyyətsiz və əsassız qərarları ilə qara siyahıya daxil etdiklərinə görə bu komissiyanı məhkum edib tələb edirəm ki, komissiya üzvləri 24 saat ərzində APA vasitəsi ilə təkzib versinlər. Əks təqdirdə məhkəmə vasitəsilə mənəvi zərərin ödənməsi tələbini qoyacağam”.
Həmçinin M. Əhmədoğlu bildirib ki, Mətbuat Şurasına daxil olan yalan və böhtan xarakterli məktublar onu və jurnalını şantaj edən Ağakərim Əliyev və Əhmədli Muxtar adlı şəxslərin sifarişi əsasında yazılıb.
"Korrupsiya və Cəmiyyət " jurnalının baş redaktor müavini Mübariz Məsimoğlu öz çıxışında bildirdi ki, Mətbuat Şurası araşdırma aparmadan və məhkəmənin hökmü olmadan heç bir mətbu orqanı reket adlandıra bilməz.
Previous Post

EMİN HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.