Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni radio yayım proqramının açılması üçün elan etdiyi müsabiqənin ilk mərhələsinə sabah yekun vuracaq.
Bu barədə APA-ya MTRŞ-nin hüquq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Tohid Əliyev məlumat verib.
Baş məsləhətçi bildirib ki, Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan edilən müsabiqəyə sənəd verənlərin sayı digər tenderlərlə müqayisədə qat-qat çoxdur: “Hələ də davam edən sənəd qəbulu sabah başa çatacaq. Növbəti 30 gün ərzində şura üzvləri tərəfindən sənədlərə baxılacaq. Nəticələr şuranın iclasında müzakirə olunacaq və münasib iştirakçı müsabiqənin qalibi elan ediləcək”. T. Əliyev onu da qeyd edib ki, qanunvericiliyə əsasən, yeni radio yayım proqramı qalib elan ediləndən sonrakı 6 ay ərzində fəaliyyətə başlamalıdır.