Azərbaycanda 15 oktyabr prezident seçkilərinin Mediada İşıqlandırılması

Birinci Hesabat 
15 avqust – 12 Sentyabr 2008
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən tərtib edilmişdir

Bakı, 16 sentyabr – Söz azadlığı və media ilə məşğul olan, müstəqil, bitərəf Azərbaycan QHT-si Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 15 oktyabr prezident seçkilərinin işıqlandırılmasının sistematik şəkildə monitorinqini aparmışdır. RATİ Azərbaycan vətəndaşlarının seçkilərdə səs verərkən daha doğru seçim etmələri üçün medianın namizədlər və onların platforması haqqında obyektiv və balanslı məlumat verməklə öz vəzifəsini necə icra etməsini qiymətləndirmək üçün araşdırma aparır. 

Layihənin nəticələri aydın və dəqiq metodologiya vasitəsilə müəyyən edilmişdir. Layihənin məqsədi hər hansı bir namizədi və ya siyasi partiyanı dəstəkləmək deyil, əksinə, seçki kampaniyası dövründə media mühitinin bütövlükdə istiqamətini  təyin etməkdir.

Bu layihə Slovakiyanın media monitorinqi üzrə təşkilatı olan MEMO 98-in dəstəyi ilə həyata keçirilir. Bu dəstək çərçivəsində MEMO 98-in bir məsləhətçisi media və seçki üzərində mərkəzləşmiş layihəni həyata keçirmək, yayım və çap mediasınının analizini aparmaqda kömək etmək üçün RATİ-nin əməkdaşlarına treninqlər keçmiş və məsləhətlər vermişdir. 

Avqustun 15-dən etibarən RATİ 7 (yeddi) telekanalın  və 4 (dörd) qəzetin  monitorinqini aparır.  Monitorinqi aparan komanda TV proqramlarını və gündəlik qəzetləri təhlil etmiş və seçkidə iştirak edən bütün namizədlərə və eləcə də bütün siyasi fiqurlara (hazırkı prezident, prezidentliyə rəsmi naizədlər və seşkiləri boykot edən siyasətçilər) ayrılan vaxt və yer üzrə nəticələri, həmçinin  işıqlandırmanın tərzini qiymətləndirmişdir. Kəmiyyət analizi nəticəsində saat 18.00-dan saat 24.00-dək bütün proqramlarda monitorinq subyektlərinə həsr edilmiş vaxtın ümumi məcmusu ölçülmüşdür. Keyfiyyət analizi ilə monitorinq subyektlərinin hansı tərzdə (müsbət, neytral və ya mənfi) təsvir olunduğu qiymətləndirilmişdir.

İlk hesabat seçki kampaniyası rəsmi olaraq başlanmadığı bir müddətdə – 15 avqustdan 12 sentyabra qədər TV proqramlarını və qəzet məqalələrini əhatə edir. İkinci hesabat rəsmi təbliğat dövrü də daxil olmaqla, 13 sentyabr – 10 oktyabr dövrünü, üçüncü və sonuncu hesabat isə 11 oktyabrdan 20 oktyabra qədər olan dövrü əhatə edəcək. Üçüncü hesabata Azərbaycanda 2008-ci il prezident seçkilərinin media tərəfindən işıqlandırılmasının yekun icmalı, seçkidən öncə və seçkidən sonra işıqlandırmanın zəif dövrünün  qiymətləndirilməsi və nəticələrin təqdimatı daxil ediləcək.

1.  ANS, ATV, AZTV (Dövlət TV), İTV, Xəzər, Lider və Space. 
2.  “Azərbaycan, “Xalq”, “Yeni Müsavat”, “Zerkalo”. 

 

Ümumi məlumat 

Rəsmi olaraq Azərbaycanda 2008-ci il prezident seçkilərində presidentliyə 7 (yeddi) namizəd var. Amma hakim Yeni Azərbaycan Partiyasını təmsil edən İlham Əliyevdən başqa, digər namizədlər əsasən tanınmayan şəxslərdir. Bu ondan irəli gəlir ki, bir neçə əsas müxalifət partiyası prezident seçkilərini boykot etmək qərarına gəlib.

 

Əsas Qeydlər

 Azərbaycanda 2008-ci il prezident seçkiləri ərəfəsində namizədlərin televiziyada işıqlandırılmasında müxtəliflik azdır.

• Üç kanalda siyasi fiqurların işıqlandırılmasının 100% -i Əliyevə həsr edilib: Əliyevə 86% həsr edən ANS başqa telekanallarla müqayisədə daha çox müxtəliflik nümayiş etdirmişdir.

 İki dövlət qəzeti üzrə nəticələr nəzərə çarpacaq dərəcədə TV kanallarının cədvəlinə oxşardır: “Azərbaycan” qəzetində siyasi əhəmiyyətli işıqlandırmanın 98 %-i, “Xalq” qəzetində isə 100%-i İlham Əliyev üzərində cəmlənib.

 Bu monitorinq müddətində siyasi müxtəliflik “Zerkalo” qəzetində və daha çox “Yeni Müsavat” qəzetində müşühidə edilib.

 

Telekanallar

Azərbaycan əhalisinin 80%-i xəbərləri TV vasitəsilə alır. Beləliklə TV kanalları ictimai rəy yaratmaqda çox mühüm rol oynayır. Azərbaycanda həm İctimai televiziya – İTV, həm də dövlət telekanalı – AZTV var. İctimai Tv-nin Azərbaycanda əhalinin baxışlarının bütöv spektrini işıqlandırmaq haqqında öhdəliyi var, amma Dövlət Kanalının öhdəliyi çox dar çərçivədədir. Azərbaycanın ölkə boyu nümayiş etdirilən yeddi telekanalından heç biri müxalifətə loyal münasibət göstərməyib.

Hazırkı prezident İlham Əliyev bütün televiziya kanallarında üstünlük təşkil edir.  Dövlət kanalı olan AZTV-də, özəl telekanallardan ATVSpace-də işıqlandırmanın 100%-i onun payına düşür. Bu monitorinq dövründə xalq arasında İTV kimi tanınan İctimai televiziyada siyasi fiqurlar üzərində mərkəzləşən proqramların 97 %-i Əliyevə həsr edilib. Qeyd etməyə dəyər ki, İTV beş müxalifət partiyasının seçkiləri boykot etmək barədə qərarlarını rəsmən élan etdikləri mətbuat konfransını işıqlandıran yeganə kanal olub.

Özəl Xəzər telekanalında siyasi fiqurlara həsr olunmuş proqramın 95%-i, Lider telekanalında 94%-i Əliyev üzərində cəmlənib və ANS-də bu rəqəm 86% təşkil edib. Beləliklə bu monitorinq dövründə ANS ən çox pluralist telekanal təsiri bağışlayır, amma 86% siyasi baxımdan həqiqətən müxtəlif proqramlar göstərmək cəhdinin göstəricisi kimi izah edilə bilməz.

 

3. Qeyd edək ki, diaqram siyasi əhəmiyyətli işıqlandırmanın 100%-nin hazırkı prezident İlham Əliyevə həsr edildiyini göstərsə də, bu o demək deyil ki, digər namizədlərin və ya boykota getmiş müxalifətin adı heç vaxt  çəkilməyib. Amma bu istinadlar o qədər az və məhdud olub ki, onlar siyasi əhəmiyyətli TV işıqlandırmasının 1%-ni də təşkil etmir. Siyahıya salınmamış şəxslərə (ona görə də əslində 0% alanlar) ola bilsin ki, istinad edilib, amma bu siyasi əhəmiyyətli TV işıqlandırmasının 1%-ni belə təşkil etməyib. Bu həm də hesabatın qəzetlərlə bağlı bölməsində əks olunan faizlərə uyğundur.

 

İlham Əliyevdən əlavə, ANS-də siyasi fiqurların işıqlandırılmasında prezidentliyə namizədlərdən Fazil Qəzənfəroğluna 4%, Arif Əliyevə 3%, Qulamhüseyn Əlibəyliyə 2% və Teymur Quliyev, İqbal Agazadə, İsa Qəmbər, İntiqam Məmmədov, Fikrət Əhədov və Əliyar Səfərlinin hər birinə 1% ayrılmışdır.

AZTVİTV vergi ödəyicilərinin hesabına maliyyələşsə də, ilkin monitorinq dövründə bu televiziya kanallarında heç də hər kəsin baxışları təqdim olunmayıb. Azərbaycanın Seçki Məcəlləsinə edilmiş yeni əlavələrə əsasən, indi AZTV namizədlərə ödənişsiz efir vaxtı ayırmaq imkanından məhrum edilmişdir, amma qaranlıq qalan odur ki, bu həm də kanalın seçki və namizədlər haqqında xəbər formasında məlumat verməkdən təcrid olunması deməkdirmi?

İTV-nin yayım gücü ölkənin ən çox 80%-ni əhatə edir, AZTV isə 100% əhatə dairəsinə malikdir. Bu o deməkdir ki, Seçki Məcəlləsinə yeni əlavələr nəzərə alındıqda, ən azı Azərbaycan əhalisinin kiçik bir faizi prezidentliyə namizədlər tərəfindən aparılan rəsmi TV təbliğatını izləyə bilməyəcək. Rəsmi təbliğat sentyabrın 17-də səhər başlayır və oktyabrın 14-ü səhər sona çatır.

  Qeyd etmək lazımdır ki, Əliyev telekanallarda təqdim edildiyi vaxtın çox hissəsində hakimiyyətdə olan prezident kimi təqdim olunur. Eyni zamanda, Əliyevin “hakimiyyətdə olma üstünlüyünə” malik olması normal görünsə də, monitorlar qeyd ediblər ki, bütün televiziya kanalları, xüsusilə AZTVLider cidd-cəhdlə Əliyevin bütün fəaliyyətini, hətta münasibliyi və vacibliyi sual doğuran işləri də işıqlandırmağa çalışırlar.

Məsələn, avqustun 28-də İlham Əliyev təmir edilən bir metro stansiyasına baş çəkib. Lider TV bu tədbir üzərində üç dəqiqədən çox dayanıb. Həmin gün axşam xəbərlərində AZTV Əliyevin Sumqayıt şəhərinə səfərinin işıqlandırılmasına dörd dəqiqədən də çox vaxt ayırıb. Bir az sonra eyni kanalda göstərilən proqram yarım saatdan da artıq müddətə ekskluziv olaraq bu səfər üzərində mərkəzləşib. 

Əliyevin tənqid edilməsinə ümumiyyətlə rast gəlinmədiyi halda, telekanallar adətən İlham Əliyevə minnətdarlıq ifadə edən adamlara vaxt ayırırlar.

 

Qəzetlər

Bu monitorinq layihəsinə dövlət tərəfindən maliyyənləşən – “Xalq qəzeti” və “Azərbaycan” qəzetləri və iki müstəqil – “Zerkalo” və “Yeni Musavat” qəzetləri daxil edilmişdir. Zerkalo rus dilində, digər  üç qəzet isə Azərbaycan dilində nəşr edilir. “Yeni Müsavat” ölkədə ən geniş satışa malik müstəqil qəzetdir, bununla yanaşı, bu qəzetin siyasi müxalifət partiyası Müsavatla sıx əlaqədə olduğu məlumdur.

 

Azərbaycan” və “Xalq qəzeti”nin maliyyələşməsində vergi ödəyicilərinin yardımı olsa da, monitorinq müddətində bu nəşrlərdə heç də hər kəsin baxışları əks olunmayıb. “Azərbaycan” qəzetində siyasi fiqurların işıqlandırılmasının 98 %-i və “Xalq qəzeti”ndə 100%-İlham Əliyev üzərində cəmlənib. “Xalq qəzeti” Mərkəzi Seçki Komissiyasının (MSK) İlham Əliyevin namizədliyinin qəbul edilməsi barədə qərarını işıqlandırsa da, MSK-nın digər namizədlər barədə qərarları ümumiyyətlə işıqlandırılmayıb.

 

Zerkalo” qəzetində siyasi əhəmiyyətli işıqlandırmanın 77%-i İlham Əliyevə ayrılıb, amma namizədlər İqbal Ağazadə, Mais Güləliyev və Fazil Qəzənfəroğluna da yer verilib. Bundan əlavə, telekanallarından fərqli olaraq, İlham Əliyevə ayrılmış vaxta yalnız müsbət deyil, həm də tənqidi işıqlandırma aiddir. “Zerkalo” qəzetində İlham Əliyevə istinadların hamısının təxminən dörddə biri mənfi olub.

 

Yeni Müsavat”da siyasi əhəmiyyətli işıqlandırmanın 14%-i hazırkı prezident İlham Əliyevə həsr olunub, lakin “Yeni Müsavat”da daha çox yer alan namizəd Ümid Partiyasının sədri İqbal Ağazadədir – 22%. Bundan əlavə, siyasi əhəmiyyətli məqalələrin 21%-i boykota getmiş müxalifət liderlərindən biri – Müsavat Partiyasının başqanı İsa Qəmbərə həsr edilib.

Yeni Müsavat”da İlham Əliyevin müsbət və mənfi tərzdə işıqlandırılması demək olar ki, 50/50-yə bölünüb. İqbal Ağazadənin də işıqlandırılması qarışıq verilib.  Az miqdarda olsa da, rəsmi namizədlərin əksəriyyəti demək olar ki, mənfi şəkildə işıqlandırılıblar. Bunun əksinə olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli istisna olmaqla, boykota getmiş müxalifət rəhbərləri daha çox müsbət şəkildə təqdim olunur.

Zerkalo” və “Yeni Müsavat” qəzetlərində müşahidə olunan fikir müxtəlifliyi inanmağa əsas verir ki, bu cür müxtəlif rəylər ictimaiyyətə çatır, amma bu, belə olmaya bilər. Demək olar ki, Azərbaycanda hər bir evdə televiziya var, amma heç də hər kəs qəzet almır. Çətin iqtisadi vəziyyətə görə qəzetlər məhdud yayımdan əziyyət çəkir və ona görə də ictimaiyyətin diqqətindən kənarda qalırlar. Azərbaycanın əhalisi 8 milyonu ötüb, lakin “Yeni Müsavat”ın satışı sadəcə 10,500-dür. “Zerkalo”nun həftənin iş günləri satışı 5000, şənbə günləri isə 10000-dir.

Nəticə

Hesabata daxil edilən məlumatlar göstərir ki, monitorinqi aparılan medianın çoxu Azərbaycan vətəndaşlarına xüsusi xarakterli mövzularda əks fikirlər söyləməyi təklif etməkdə tez-tez etinasızlıq göstərir. Namizədlərin və digər siyasi şəxslərin Azərbaycanın ənənəvi mediası tərəfindən işıqlandırma üsullarında bir neçə narahtedici meylin olması qısamüddətli anomaliyanın nəticəsi kimi görünmür, əksinə Azərbaycan mediasında mövcud olan real meyllər təsiri bağışlayır. Bu meyllərə monitorinqi aparılan medianın müxalifətə nəzərə çarpan efir vaxtı ayırmağa və hazırkı hakimiyyətin siyasi fikirlərinə qarşı çıxmaq üçün imkanlar təklif etməyə məhəl qoymaması faktları daxildir.

İctimai resursları qəbul edən, dövlət tərəfindən maliyyələşən media siyasi opponentlərlə balanslı və ədalətli rəftar etməyə borcludur. Lakin onların ictimai öhdəliklərinin əksinə olaraq, dövlət tərəfindən maliyyələşən media bu vaxtadək müxalifət partiyalarına öz siyasi baxışlarını ifadə etmək üçün əhəmiyyətli imkanlar verməyib. Nəticələr göstərir ki, yayım mediası seçilmək istəyən şəxslərin ictimaiyyətə obyektiv, təhlil olunmuş və qiymətləndirilmiş fikirlərini təqdim edə biləcək fikir mübadiləsi, ictimai debat, üzləşmə, tədqiqat və rəy mübadiləsi üçün məkan rolunu oynamır.

Previous Post

ATƏT-İN BAKI OFİSİ DİFFAMASİYA MÖVZUSUNDA SEMİNAR KEÇİRİB

Next Post

TİKİNTİ ŞİRKƏTİNİN ALDATDIĞI SAKİNLƏR RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.