MEHMAN HÜSEYNOVUN MÜAYİNƏSİ KEÇİRİLDİ

İyunun 20-də “Turan” İnformasiya  Agentliyinin və Reportyorları Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı fotoreportyor  Mehman Hüseynov polisin çağırışı ilə  ilə Səbail Rayon Polis İdarəsinə gedib.

Bu zaman müstəntiq Müslim Quliyev M. Hüseynovun vəkili Elçin Sadıqova bildirib ki, jurnalistin 21 may aksiyası zamanı xəsarət alıb-almadığını müəyyən etmək üçün ekspertiza keçirilməlidir. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail Rayon Şöbəsində rəis Məcid Məmmədov Mehman Hüseynovu müayinədən keçirib, ona 21 may aksiyası zamanı baş verənlər barədə suallar verib. Daha sonra isə Mehman Hüseynov və vəkili Səbail Rayon Polis İdarəsində Ekspertizanın keçirilməsi barədə qərarla tanış olublar. Vəkil Elçin Sadıqov protokola 21 may tarixindən 1 ay keçdiyi üçün xəsarət izlərinin qalmasının mümkünsüzlüyü və ekspertizanın indi təyin edilməsinın düzgün olmadığı barədə qeydlər etdiyini deyib.

         Xatırladaq ki, Mehman Hüseynov iyunun 12-də Səbail rayon Polis İdarəsində 3 saata yaxın dindirildikdən sonra şübhəli şəxs qismində saxlanıb. İyunun 13-də Mehman Hüseynov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi üzrə  təqsirləndirilən şəxs hesab olunub və məhkəməyə göndərilib. Məhkəmə həbs qətimkan tədbiri seçməsə də Səbail Rayon Polis İdarəsində Mehman Hüseynov barəsində başqa yerə getməmə barədə iltizam qətimkan tədbiri seçilib. Mehman Hüseynova qarşı açılmış cinayət maddəsində 2 ilədək islah işləri və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mehman Hüseynovdan şikayət edən polis əslində fotojurnalistin peşə fəaliyyətinə müdaxilə edərək onu təhqir edib, zor tətbiq edib.  Polis Mehman Hüseynovun və onun iş yoldaşı Mirrəhim Həsənovun kameralarına zərbə endirərək onları sındırıb.

RATI və bir çox Beynəlxalq təşkilatlar Mehman Hüseynova qarşı cinayət işinin açılmasını siyasi sifariş hesab edir. Bu addım “Avroviziya-2012” yarışmasından sonra vətəndaş cəmiyyətindən qisas almaq kimi qəbul olunur.

Previous Post

ƏVƏZ ZEYNALLININ İŞİNDƏ ZƏRƏRÇƏKMİŞLƏR İFADƏ VERİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.