ALMANİYA BUNDESTAQININ ÜZVLƏRİ ADNAN HACIZADƏ VƏ EMİN MİLLİ İLƏ GÖRÜŞMƏK İSTƏYİR

Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlamentlərarası dostluq qrupunun üzvü Şteffen  Rayxe və onunla birlikdə Azərbaycana səfər etmiş bir qrup nümayəndə həbsdə olan gənc fəallar – Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsi ilə bağlı Milli Məclisin sədri  Oqtay Əsədova müraciət ünvanlayıblar.Bu barədə "Zerkalo" qəzetinin bu günkü (14 avqust) sayında məlumat verilib.

Müraciətdə gənc fəalların həbsindən narahatlıq və Azərbaycanda son vaxtlar bu kimi halların artmasından təəssüf hissləri ifadə olunub.
Bu kimi halların Azərbaycanın imicinə ciddi ziyan vurması ilə yanaşı, gənc bloqçularla görüşmək istədikləri də məktubda yer alıb.
Həmçinin avqustun 11-də Belçika və Macarıstanın Bakıdakı səfirliklərinin nümayəndələri Peter Booms, Tibor Szilagyi, Zoltan Baç və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddamsı, avqustun 12-də isə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coan Qanso ombudsman Elmira Süleymanova ilə görüşdə Emin Milli və Adnan Hacızadənin həbsindən narahatlıqlarını ifadə ediblər.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

METYU BRAYZA İLHAM ƏLİYEVLƏ GÖRÜŞDƏ GƏNC BLOQÇULARIN AZAD OLUNMASINI İSTƏYİB

Next Post

TƏRƏFLƏR ARASINDA BARIŞIQ ƏLDƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.