MİKLOŞ HARAŞTİ AZƏRBAYCANDA JURNALİSTLƏRİN SOVET ÜSULLARI İLƏ HƏBS EDİLDİYİNİ DEYİB

Aprelin 17-də Parisdə Demokratik Medianın İnkişafı üzrə Avrasiya Regional Forumu öz işinə başlayıb.

Foruma  ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti də qatılıb.  “Avrasiya regionunda mediaya qarşı gözlənilən təhlükələr” mövzusunda çıxış edən Haraşti Avrasiya məkanında KİV sahəsində vəziyyətin yaxşı olmadığını deyib. Xüsusi nümayəndə konkret oaraq Azərbaycanda medianın vəziyyətinə münasibət bildirib: “burada hakimiyyət sovet üsullarından istifadə edərək arzuolunmaz jurnalistləri narkotik maddə saxlanması, terrorla hədələmə və xuliqanlıq kimi uydurma maddələrlə həbs edir”.
Previous Post

“AZADLIQ” RADİOSUNUN AZƏRBAYCANDAKI FƏALİYYƏTİ TƏNQİD OLUNUB

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU HÖKUMƏTƏ MÜRACİƏT ÜNVANLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.