HARAŞTİ JURNALİSTLƏRİN TƏQİBİNİ SENZURA ADLANDIRIB

Avropa Şurasında mətbuat konfransı keçirən ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti vurğulayıb ki, “jurnalistlərə qarşı zorakılığa son qoyulmalı, bunun günahkarları isə mütləq cəzalandırılmalıdır.

Hökumətlər yalnız zorakılıq faktlarını araşdırmalı deyil, həm də jurnalistlərin fəaliyyəti üçün təhlükəsiz şərait yaratmalıdır. Jurnalistlərin təqibi yolverilməzdir, çünki o, özünüsenzuraya gətirib çıxarır. İstənilən redaktor təqib zamanı özünüsenzura hiss edir, bu isə demokratik cəmiyyətdə yolverilməzdir“.
“Turan” İnformasiya Agentliyinin verdiyi məlumata görə, konkret Azərbaycan mətbuatı haqqında danışan M.Haraşti dekabr ayında imzalanan əvf fərmanını alqışladığını bildirsədə, belə fərmanların hər il verildiyini deyib. M.Haraşti həmçinin jurnalistlərin azad edilməsi üçün Azərbaycan hökumətinə müraciət etdiyini bildirib:”Mən yeddi dəfə Azərbaycan hakimiyyətinə bütün həbsdə olan jurnalistləri azad etmək tələbi ilə müraciət etmişəm, həm də üç dəfə bilavasitə prezidentlə əlaqə yaratmışam”.

Previous Post

“TRT” TELEKANALI İLƏ YENİ MÜQAVİLƏ İMZALANDI

Next Post

GƏLƏN HƏFTƏ FƏALİYYƏT PROQRAMI HAZIR OLACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.