MƏTBUAT XİDMƏTLƏRİNİN FƏALİYYƏTİNİ TƏNZİMLƏYƏCƏK NÜMUNƏVİ ƏSASNAMƏ HAZIRLANIR

Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin nümunəvi əsasnaməsi hazırlanır.

Bu barədə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev “Olaylar” İnformasiya Agentliyinə açıqlamasında deyib. İsayev bu sənədin mətbuatla dövlət orqanları arasında əlaqələrin sivil şəkildə qurulması və qarşılıqlı etimadın yaradılması məqsədi daşıdığını bildirib. İsayevin sözlərinə görə, mətbuat xidmətlərinin fəaliyyət prinsipləri, onların kütləvi informasiya vasitələri ilə iş mexanizminin əsasları kimi məsələlər əsasnamədə yer alacaq.
Previous Post

OMBUDSMAN JURNALİSTLƏRİN AMNİSTİYAYA DÜŞƏCƏYİNİ BİLMİR

Next Post

ALI KERIMLI VE “AZADLIQ” QAZETI BAREDE SENEDLI FILM 2 HISSE

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.