SABAHDAN RADİO KANALLARIN MONİTORİNQİ APARILACAQ

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın milli tezliyində yayımlanan 12 radio kanalının monitorinqinə başlayır.

MTRŞ-nın analitik ekspertiza və proqramlaşdırma şöbəsinin müdiri Təvəkkül Dadaşov APA- ya açıqlamasında bildirib ki, monitorinqin keçirilməsində məqsəd “Televiziya və Radio yayımı haqqında” qanunun tələblərinə, milli- mənəvi dəyərlərə, Şuranın qəbul etdiyi normotivlərə, hüquqi aktlara radio kanallarının hansı səviyyədə əməl etməsini öyrənməkdir. Sabahdan (15 aprel)  etibarən başlanılan monitorinqin radio kanalları arasında növbəliliklə aparılacağını deyən T.Dadaşov monitorinqin bu həftə “Space”, “Azad Azərbaycan”, “ANS ÇM” radio kanallarında aparılacağını vurğulayıb: “Monitorinqin nəticələri MTRŞ-nın gələn həftə keçiriləcək iclasında müzakirə olunacaq”.
Previous Post

JURNALİSTİN İDDİASI TƏMİN OLUNMADI

Next Post

MİRZƏ SAKİT AQİLLƏ BAĞLI SON HADİSƏLƏRİ BÖHTAN ADLANDIRDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.