KİV ÜZƏRİNDƏ SEÇKİLƏRLƏ BAĞLI MONİTORİNQ KEÇİRİLƏCƏK

Bütün siyasi qüvvələrin KİV-ə, ilk növbədə televiziyaya bərabərhüquqlu çıxışı təmin olunmalıdır. Bu Avropa Şurası (AŞ), ATƏT və Avropa Birliyinin (AB) Azərbaycanda keçiriləcək prezident seçkisinin demokratik keçirilməsinin təmin edilməsi üzrə  birgə hazırladıqları fəaliyyət planının əsas istiqamətlərindən biridir(APA).

Dünən (30 aprel) hazırlanan planın təqdimatı keçirilib. Mərasimdə çıxış edən AŞ baş katibinin Bakıdakı xüsusi nümayəndəsi Denis Bribosia seçki prosesinin mediada müstəqil və tərəfsiz şəkildə işıqlandırılmasına diqqət yetirəcəklərini xüsusi vurğulayıb. Telekanallarda teledebatların keçirilməsinin və MSK-nın fəaliyyətini işıqlandıran KİV-in dəstəklənməsinin son dərəcə vacib olduğunu deyən Bribosianın sözlərinə görə,  AŞ bir neçə həftə ərzində KİV üzərində  monitorinq keçirməyi də planlaşdırır.

Previous Post

ƏLİ İNSANOVUN İDDİASI TƏMİN OLUNMAYIB

Next Post

ÜMUMDÜNYA SÖZ AZADLIĞI GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.