“FACEBOOK”-DA MƏLUMAT YAYDIĞINA GÖRƏ MÜSAVAT GƏNCLƏR TƏŞKİLATININ ŞURA ÜZVÜ TƏZYİQLƏRLƏ ÜZLƏŞİB

Müsavat Gənclər Təşkilatının (MGT) şura üzvü Emil  Əliyevə (Emil Elman) 2009-cu il may ayının 15-də axşam saat 12.00 radələrində evinin qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər E. Əliyevi yumruq və təpik zərbələri ilə döyərək, ona baş və bədəninin müxtəlif nahiyələrindən xəsarət yetiriblər.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna MGT-nın şura üzvü E.Əliyevin özü  məlumat verib. Onun dediyinə görə, mayın 10-da  Bakıda təşkil olunan “Gül bayramı”-a  etiraz əlaməti olaraq  gənclərin keçirdiyi aksiya barəd “facebook” vasitəsilə məlumatlar yaydığına görə “icazəsiz aksiyaya çağırışda” təqsirləndirilərək mayın 10-da Səbail rayon Polis İdarəsinin  39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra polis E. Əliyevdən  izahat alınaraq onu sərbəst buraxılıb.
”Polisə izahat verdiyim vaxt müstəntiqin stolunun  üstündə  tərcümeyi-halım olan qovluğu gördüm. Mənə özüm  və ailəm barədə müxtəlif suallar verildi. Sonra günlərlə izlənildim və sonda da bu hadisə baş verdi”, – deyə qeyd edən E. Əliyev baş vermiş hadisənin araşdırılması, habelə özünün və ailəsinin təhlükəsizliyinin təmin edilməsi üçün polisə müraciət edəcəyini də bildirdi.
Previous Post

“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ NAZİM QULİYEV 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Next Post

YENİ TELEKANALIN AÇILMASI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ İYUNDA DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.