MÜŞFİQ HÜSEYNOVUN MÜALİCƏSİ BAŞA ÇATIR

Şənbə günü (14 iyun) qohumları  2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən "Bizim yol" qəzetinin  əməkdaşı Müşfiq Hüseynovla görüşüblər. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Cavidan Hüseynov verib.

Müalicəsinin artıq başa çatmaq üzrə olduğunu deyən C. Hüseynov onu da bildirib ki, M. Hüseynovun saxlanma şəraitindən və ona qarşı olan münasibətdən narazı deyil.
 Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərara əsasən 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.  

Previous Post

“AMNESTY İNTERNATİONAL”-İN TƏSİS ETDİYİ MÜKAFAT YƏMƏNLİ JURNALİSTƏ VERİLDİ

Next Post

MÜSAVAT PARTİYASININ KEÇİRDİYİ PİKETDƏ “YENİ MÜSAVAT” QƏZETİNİN İKİ ƏMƏKDAŞI SAXLANILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.