NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ İCTİMAİ BİRLİYİ QEYDİYYATA ALMADI

“İnsan Hüquqları və Mətbuatın Monitorinqi” İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasının  Ədliyyə Nazirliyinə hüquqi şəxs kimi  qeydiyyata  alınması ilə bağlı müraciətinə 6 aydan sonra “yox” cavab verib.

Nazirlik cavabda İctimai Birliyin qeydiyyata alınmadığını bildirərək, təşkilatın sənədlərini geri göndərib. Bu haqda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) təşkilatın həmtəsisçisi Elman Abbasov məlumat verib.

 

“Qeydiyyatdan imtinaya səbəb kimi, İctimai Birliyin nizamnaməsinin təsisçilər tərəfindən imzalanmadığı göstərilib və Hüquqi Şəxslərin Qeydiyyatı və Dövlət Reyestri Haqqında Qanunun 8-ci maddəsinə istinad edilib:

 

“Biz təşkilatın müvafiq sənədləri imzalayıb göndərmişik. Göndərməmişdən əvvəl isə təşkilatın sənədlərini hüquqşünaslar yoxlayıb. Əgər bu cür problem var idisə, müraciət olunandan bir ay müddətində təsisçilərə bildirilməli idi. Lakin Ədliyyə Nazirliyi qanunvericiliyin tələbini  pozaraq təsisçilərə 6 aydan sonra cavab verib. Bu səbəbdən biz məhkəməyə müraciət edəcəyik”  – deyə Elman  Abbasov deyib.

Xatırladaq  ki, “İnsan Hüquqları və Mətbuatın Monitorinqi” İctimai Birliyi 2010-cu ilin may ayının 5-də  təsis edilib və 20 may 2010-cu il tarixdə dövlət qeydiyyatına alınması üçün sənədlər Ədliyyə Nazirliyinə göndərilib.  Təşkilatın qeydiyyata alınması üçün Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyinə edilən müraciəti uzun müddət cavablandırmayıb. Bu səbəbdən  də təsisçilər 17 sentyabr 2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı Naxçıvan Şəhər Məhkəməsinə iddia qaldırmışdılar. Amma bu iddia məhkəmə tərəfindən  icraata götürülməmişdi.

Previous Post

HAKİMİYYƏT İQTİSADİYYATA DAİR MƏLUMATLAR AÇIQLAMAQDA MARAQLI DEYİL

Next Post

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ AZƏRBAYCANI EYNULLA FƏTULLAYEVİ AZAD ETMƏYƏ ÇAĞIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.