NAXÇIVAN ƏDLİYYƏ NAZİRLİYİ İCTİMAİ BİRLİYİN QEYDİYYATINI YUBADIR

“İnsan Hüquqları və Mətbuatın Monitorinqi” ictimai birliyinin  dövlət qeydiyyatına  alınması ilə bağlı Naxçıvan Muxtar Respublika Ədliyyə Nazirliyinə  göndərdiyi sənədlərə 2 aydan artıq vaxt keçməsinə baxmayaraq cavab verilmir.

Bu haqda məlumatı  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) təşkilatın sədri Həkimeldostu Mehdiyev bildirib. “Təşkilatın qeydiyyata alınması üçün Naxçıvan Ədliyyə Nazirliyinə etdiyimiz müraciətdən 2 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də bizə cavab göndərməyib. Bu müddət ərzində təsisçilər nazirliyə bir neçə dəfə müraciət etsələr də, hər dəfə nazirlikdən bir neçə gün ərzində cavab veriləcəyi bildirilib. Təşkilatın qeydiyyata alınması qəsdən yubadılır və  qeydiyyata alınıb alınmaması haqda məlumat verməkdən imtina edilir ” – deyə H.Mehdiyev bildirib ki, bu səbəbdən təşkilat Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyini məhkəməyə verəcək.

 

Xatırladaq ki, “İnsan Hüquqları və Mətbuatın Monitorinqi” ictimai birliyi bu ilin may ayının 5-də  təsis edilib və 20 may 2010-cu il tarixdə dövlət qeydiyyatına alınması üçün sənədlər Ədliyyə Nazirliyinə göndərilib.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ RƏSUL CƏFƏROV VƏ VƏKİL ELMAR SÜLEYMANOV İLƏ MÜSAHİBƏ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.