MİLLİ MƏTBUAT GÜNÜ MƏRHUM JURNALİSTLƏRİN MƏZARLARININ ZİYARƏT EDİLMƏSİ İLƏ QEYD EDİLDİ

Bu gün (22 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşəbbüsü  ilə Fəxri Xiyabanda Milli Mətbuat Günü münasibətilə Azərbaycan milli mətbuatın banisi Həsən bəy Zərdabinin, daha sonra 2-ci Fəxri Xiyabanda “Azadlıq” qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovun və “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun məzarı ziyarət edildi.

Daha sonra Şəhidlər Xiyabanında uyuyan, Qarabağ müharibəsi zamanı cəbhədə reportaj hazırlayarkən qəhrəmancasına həlak olmuş milli qəhrəman adına layiq görülmüş jurnalistlər – Çingiz Mustafayevin, Fəxrəddin Şahbazovun, Alı Mustafayevin və Salatın Əsgərovanın məzarları ziyarət edildi.  Ziyarətçilər mərhum jurnalistlərin məzarları önündə onların Azərbaycan jurnalistikasına verdiyi töhfələr eləcə də onların keçdiyi həyət yolu barədə nitq söylədilər.
         Jurnalistləri yad edənlər – hüquq müdafiəçilərdən Arzu Abdullayeva , Leyla Yunus, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, RATİ əməkdaşları  “Dalğa” Gənclər Hərəkatının üzvləri, Bizim Yol və Gündəlik Bakı  qəzetinin müxbirləri olub.
Previous Post

ƏLİ HƏSƏNOV JURNALİSTLƏRİN ƏFV EDİLMƏSİ İLƏ BAĞLI MÜRACİƏTƏ BAXILACAĞINI DEYİR

Next Post

MERHUM JURNALISTLERIN ANIM MERASIMI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.