“XƏBƏR44” İNTERNET QƏZETİNİN BAŞ REDAKTORUNA QARŞI ƏLAVƏ İTTİHAMLARIN İRƏLİ SÜRÜLƏCƏYİ GÖZLƏNİLİR

Dekabrın 4-də “xeber44.com” online-nəşrin baş redaktoru, sentyabrda həbs edilmiş Araz Quliyevin hüquqlarının müdafiəsinə həsr edilmiş mətbuat konfransında onun işi üzrə istintaqın qəsdən uzadıldığı bildirilib.

RATİ-nin mətbuat mərkəzində keçirilən konfransda məhbusun qardaşı Azər Quliyev bildirib ki, Masallı rayon məhkəməsinin 10 sentyabr tarixli qərarı ilə Quliyev qrup şəklində xuliqanlıq törətmək (CM 221.2.1-ci maddəsi) və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək (315.1) ittihamı ilə iki ay müddətinə həbs edilib:
“İki ay sonra təyin edilmiş istintaq müddəti başa çatıb, lakin Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə redaktorun, həmçinin onun üç yoldaşının Kürdəxanı istintaq təcridxanasında saxlanması müddətini uzatmağı qərara alıb. Hüquq-mühafizə orqanlarının atdığı narkotik və partlayıcı maddələr əsasında ona qarşı əlavə saxta ittihamların irəli sürülməsini mümkün hesab edirik. Jurnalistlərin başına artıq belə şeylər gəlib və Araz da istisna deyil” – deyə məhbusun qardaşı bildirib.
Jurnalist sentyabrın 8-də Masallı şəhərində AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş beynəlxalq folklor festivalında dindarların etiraz aksiyası zamanı həbs edilib. Mətbuat konfransında çıxış edənlərin sözlərinə görə, bir qrup dindar diskotekada yarıçılpaq rəqqasələrin səhnədə rəqs etməsinə etiraz edib.
RATİ direktoru Emin Hüseynovun sözlərinə görə, Azərbaycanda jurnalistlərlə bağlı istintaqların uzadılması nadir hal deyil. O, “Xural” qəzetinin təsisçisi və baş redaktoru əvəz Zeynallının işini nümunə göstərib. Bir ildən çoxdur ki, məhkəmə onun barəsində bir qərara gələ bilmir, bu müddət ərzində jurnalist istintaq təcridxanasında saxlanılır, onun redaksiyasının fəaliyyəti isə iflic vəziyyətindədir.
Onun müşahidələrinə görə, ölkədə söz və ifadə azadlığının pozulması halları az deyil, lakin heç də bütün potensial “vicdan məhbusları” və siyasi məhbuslar, həmçinin onların doğmaları kömək üçün hüquq müdafiəçilərinə müraciət edərək, əbəs yerə hakimiyyətin mərhəmətinə ümid edirlər.

Previous Post

İLQAR RZAYEVİN 14 SAYLI CƏZAÇƏKMƏ MÜƏSİSƏSİNƏ KÖÇÜRÜLMƏSİ QİSASDIR

Next Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ İNSİDENT YAŞANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.