RUSDİLLİ QƏZET FƏALİYYƏTƏ BAŞLAYIR

Azərbaycanda “OKO” (“GÖZ”) adlanan qəzet fəaliyyətə başlayır.

“OKO” adlanan bu qəzet həftəlik 5 min tirajla nəşr olunacaq. “Bakı Xəbər” qəzetinə müsahibə verən qəzetin baş redaktoru Teymur Əliyev bildirib ki, “İnsan, ailə və cəmiyyət XXI əsr” fondunun təsisçisi olduğu qəzet 7 dekabr 2007-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. T.Əliyev onu da bildirib ki, “OKO” qəzeti ictimai-siyasi qəzetdir və qəzetdə siyasət, iqtisadiyyat, mədəniyyət və s. məlumatlar dərc olunacaq. 
Previous Post

İNTERNET TƏCHİZİ HAQQINDA QANUN QƏBUL OLUNACAQ

Next Post

“AYNA” QƏZETİ HƏFTƏLİK FƏALİYYƏT GÖSTƏRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.