YENİ QƏZET NƏŞR OLUNACAQ

dekabr 15th, 2007

2008-ci ilin əvvəlindən etibarən Mustafa Hacıbəylinin rəhbərliyi ilə “Üçüncü respublika” adlı yeni qəzet öz nəşrinə başlayacaq.

Bu haqda RATİ-yə məlumatı Mustafa Hacıbəyli verib. O qeyd edib ki, qəzet artıq dünən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Qəzetin Azərbaycan dilində gündəlik nəşri nəzərdə tutulur. Həftədə bir dəfə isə qəzetin rusca əlavəsi çıxacaq. Mustafa Hacıbəylinin özü Ədliyyə Nazirliyindən qəzetin baş redaktoru kimi qeydiyyatdan keçdiyini söyləyir. Qəzetin kollektivinin kimlərdən ibarət olacağı hələ dəqiqləşməyib.