İNFORMASİYA AGENTLİKLƏRİNİN SAYTLARI HAKER HÜCUMUNA MƏRUZ QALIB

Aprelin 2-də  (Müxalifətin Bakıda şəhərin mərkəzində mitinq keçirdiyi gün)“Turan” İnformasiya Agentliyinə məxsus olan contact.az saytının fəaliyyətində müdaxilə olunmuşdu. Həmin məhdudiyyətlərin səbəbləri hələ də məlum deyil. Bu barədə bu gün (11 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Turan” İnformasiya Agentliyinin siyasi   direktoru Şahin Hacıyev məlumat verib.

Ş .Hacıyevin sözlərinə görə, aprelin 2-də İctimai Palatanın keçirdiyi mitinq günü  agentliyin saytında 6 saata yaxın fəaliyyət məhdudluğu yaşanıb və mitinq başa çatdıqdan bir neçə saat sonra saytın fəaliyyəti bərpa olunub.

            Belə ki, aprelin 9-da “Trend” İnformasiya Agentliyinin internet səhifəsi  haker hücumuna məruz qalıb. Bu barədə bu gün  RATİ-yə “Trend” İA-dən məlumat veriblər.

 Agentlikdən verilən məlumata görə, “Trend”-in  texniki mütəxəssisləri problemi operativ surətdə aradan qaldırıblar, hazırda saytın istifadəçiləri üçün heç bir təhlükə mövcud deyil.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 11 APREL 2011

Next Post

MİTİNQDƏ HƏBS EDİLƏNLƏRİN APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.