QHT VƏ KİV TƏMSİLÇİLƏRİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT ETDİLƏR

QHT VƏ KİV TƏMSİLÇİLƏRİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT ETDİLƏR
Aprelin 4-də bir qrup hüquq müdafiəçiləri və jurnalistlər hazırda Bakı
İstintaq Təcridxanasında həbsdə olan “Xural” qəzetinin baş redaktoru
Əvəz Zeynallı ilə görüşmək üçün Ədliyyə naziri Fikrət Məmmədova,
Penitensiar Xidmətin rəisi Mədət Quliyevə, Baş prokuror Zakir
Qaralova,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin
rəisi Kamran Əliyevə, İnsan haqları üzrə müvəkkil, ombudsman Elmira
Süleymanovaya  müraciət ediblər.

Bu barədə “xural.com” saytı məlumat
yayıb.
Biz aşağıda imza atanlar, ötən ilin oktyabr ayında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsi tərəfindən deputat Gülər Əhmədovanın bir ərizəsi və
sübut kimi dəyərləndirilməsi mümkün olmayan “disk yazısı” əsasında
“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbs
olunmasını qanunsuz hesab edirik. Artıq 5 aydır ki, baş redaktorla
ictimaiyyət nümayəndələrinin görüşünə icazə verilmir və bu istintaqın
gedişinə təsir göstərən amil kimi qiymətləndirilir. Lakin ötən 5 ayda
aparılan jurnalist araşdırmaları da belə qənaətə gəlib ki, Əvəz
Zeynallı heç bir əsas olmadan, qanunsuz olaraq həbs edilib və bu
amillər də ictimaiyyət nümayəndələrinin jurnalistlə görüşünün
qarşısını almaq üçün bəhanədir. Jurnalistin hüquqlarının müdafiəsində
birbaşa iştirak edən qurum və təşkilat nümayəndələri hazırda Bakı
İstintaq Təcridxanasında həbsdə saxlanılan baş redaktorla görüşmək və
mətbuata qaranlıq qalan bir-sıra suallara cavab almaq niyyətindədir”,
– deyə müraciətdə bildirilir.
Müraciəti  Mehman Əliyev (“Turan” İA-nin direktoru),  Emin Hüseynov  –
(RATİ-nin sədri),  Novella Cəfəroğlu  (Azərbaycan İnsan Hüquqlarının
Müdafiə Mərkəzinin rəhbəri),  Səadət Bənənyarlı (Beynəlxalq İnsan
Hüquqları Cəmiyyətinin Azərbaycan Milli qrupu),  Səidə Qocamanlı
(İnsan Hüquqları və qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri),  Leyla
Yunus (Sülh və Demokratiya İnstitutunun rəhbəri),  Anar Mahmudoğlu
(jurnalist),  Əfqan Muxtarlı (müstəqil jurnalist),  Şahvələd Çobanoğlu
(jurnalist),  Xədicə İsmayılova  (“Azadlıq” radiosunun Azərbaycan
Bürosunun əməkdaşı),  Nemət Hüseynli  (“Bizim Yol” qəzetinin
əməkdaşı),  İradə Cəfərova  (İnsan Hüquqları üzrə Maarifləndirmə
İctimai Birliyinin sədri),  Arzu Abdullayeva (Helsinki Vətəndaş
Assambleyası Azərbaycan Milli Komitəsinə),  Şirin Cəfərli  (“Gündəm
Xəbər” qəzetinin təsisçisi),  Anar Məmmədli  (Seçkilərin Monitorinqi
və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri),  Azər Həsrət
(jurnalist),  Qənimət Zahid  ( “Azadlıq” qəzetinin baş redaktoru),
Səyyarə Heydərova (hüquq müdafiəçisi),  Rəşid Hacılı (Media Hüququ
İnstitutunun rəhbəri) və. Məlahət Zeynallı  ( “Xural” qəzetinin
əməkdaşı) imzalayıb.
Previous Post

”TƏDRİS PROSESİNDƏ SOSİAL SERVİSLƏRİN ROLU”

Next Post

“XƏYAL” TV-nin ƏMƏKDAŞLARI HƏLƏ DƏ DİN MCMİ-DƏ TƏZYİQ ALTINDA SAXLANILIRLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.