POLİS “AZERCELL”-Ə GÖNDƏRDİYİ MƏKTUBUN NÖMRƏSİNİ AÇIQLAMIR

leftGündəlik Azərbaycan” qəzetinin əməkdaşı, hərbiçi-jurnalist Üzeyir Cəfərov ona gələn anonim zənglərlə bağlı dünən (04 fevral) polis bölməsində olub.

Bölmədən jurnalistə bildiriblər ki, “məktubumuza “Azercell”dən cavab gəlmədiyi üçün biz sizə kömək edə bilmirik. Mən göndərilən məktubun nömrəsini soruşduqda, nömrəni  bilmədiklərini dedilər”. Məlumatı RATİ-yə Cəfərovun özü verib. Jurnalist onu da əlavə etdi ki, günün ikinci yarısı “Azercell”-lə əlaqə saxlayacaq və məsələni aydınlaşdıracaq.
Saat 17.00 radələrində RATİ-nin əməkdaşı yenidən Ü. Cəfərovla əlaqə saxladı. Cəfərov qeyd etdi ki, “bir müddət bundan əvvəl “Azercell”-ə zəng etdim və göndərilən sorğu ilə maraqlandım. Şirkətdə də  məndən məktubun nömrəsini soruşdular. Lakin məktubun nömrəsini bilmədiyim üçün heç bir cavab ala bilmədim”.
Əməkdaşımız jurnalistdən məktubun nömrəsinin ona niyə deyilməməsinin  səbəbini soruşduqda  Cəfərov qeyd etdi ki, “mən özüm də bu barədə polis bölməsində olarkən dəftərxanadan soruşmuşam. Bu məktubda digər işlərin olmasını əsas gətirərək  nömrəni deyə bilməyəcəklərini vurğuladılar. Mən sabah (06  fevral) bununla əlaqədər olaraq, Binəqədi Rayon Baş Polis İdarəsinin rəisinə rəsmən müraciət edəcəyəm”.

Previous Post

HÜSEYNOVUN HƏBSİ QƏRARINDAN APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Next Post

DEMOKRATİK JURNALİSTLƏR LİQASI AYLIQ MONİTORİNQİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.