Azərbaycanda keçirilən ənənəvi Neft və Qaz sərgisində iştirakak edən Norveç nümayəndə heyətinin üzvü, Norveç Xarici işlər nazirinin müavini Eespen Barth Eide iyunun 7-də mərhim jurnalist, “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qəbrini ziyarət edib.
Eespen Barth Eide ziyarətinin Azərbaycanı müasir Avropa ölkəsinə çevirmək istəyən jurnalistlərə ehtiram məqsədi daşıdığını bildirb. Qonaq Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması, Elmar Hüseynovun qatilinin hələ də azadlıqda gəzməsiylə bağlı jurnalistlərin suallarını cavablandırıb. Sabir Hüseynov Elmarın ruhuna hörmət əlaməti olan ziyarətə görə norveçli qonağa təşəkkürünü bildirib.