OBYEKTİV TV-NİN NAMİZƏDLİYİ SÖZ AZADLIĞI İNDEKSİ – 2013 MÜKAFATINA İRƏLİ SÜRÜLÜB

Azərbaycanın internet media layihəsi olan Objektive TV-nin namizədliyi Söz azadlığı indeksi – 2013 (Index Freedom of Expression Awards-2013) mükafatına irəli sürülüb. Objektive TV-nin namizədliyi İnsan Hüquqları Evi Fondu (HRHF) tərəfindən rəqəmsal azadlıqlar kateqoriyasında irəli sürülüb.

HRHF-nin yaydığı press-relizdə deyilir ki, çap KİV-lərinə, radiostansiya və telekanallara geniş nəzarətin, müxalif KİV-lərə qarşı amansız repressiyaların olduğu bir şəraitdə onlayn-tv İnternetdə müstəqil xəbərlərin əsas mənbələrindən biri və Azərbaycanda tənqidi səslər üçün müstəqil meydandır.
Objective TV 2011-ci ildə hakimiyyət tərəfindən bağlanan Azərbaycan İnsan Hüquqları Evinin üzvü olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu QHT tərəfindən təsis edilib.
RATİ bu layihə çərçivəsində Turan İnformasiya Agentliyi ilə (Gerd Bitserius fondunun mükafatı ilə təltif edilib) əməkdaşlıq edir. Bu qeyri-rəsmi peşəkar əməkdaşlıq hər iki təşkilatın əməkdaşlarının potensialını maksimuma çıxarmağa imkan verir.
Objective TV insan hüquqları üzrə alternativ xəbərlərin təmin edilməsi məqsədilə yaradılıb və söz azadlığının, şəffaflığın və siyasi plüralizmin təmin edilməsində mühüm rol oynayır. Layihə bir qayda olaraq bir çox KİV-lərin məhəl qoymadığı məsələlərə – söz azadlığı, qanunun aliliyi, şəffaflıq və mülki hüquqlara yönəlib.
HRHF xatırladır ki, bu onlayn televiziya “Eurovision” müsabiqəsi və Beynəlxalq İnternet Forumu zamanı (bu ilin yazında və payızında Bakıda keçirilib) “Demokratiya naminə oxu” hüquq müdafiə kampaniyasında fəal iştirak edib.
Layihənin yaradıcı qrupu hər gün demokratik inkişaf, şəffaflıq, ifadə azadlığı və digər əsas hüquqlarla bağlı 8 kateqoriyada 6 video-xəbər hazırlayır. O, həmçinin “Küçədən söz” vox-pop proqramı və “Mürəkkəb məsələ” adlı dəyirmi masa hazırlayır. Bu il yeni “Demokratiya və Gənclik” proqramı işə başlayıb.
Bu il IWPR (Müharibə və Sülhün İşıqlandırılması İnstitutu) reportyoru İdrak Abbasov Azərbaycanda insan hüquqları məsələlərinin işıqlandırılmasında göstərdiyi şücaətə görə Freedom of Expression 2012   mükafatının qalibi olub.
“İnsanlara ehtiyacı olan insanlar” (Award of People in Need Homine Hominis) nominasiyasında Emin Hüseynov (RATİ), Mehman Əliyev (Turan İA) və İntiqam Əliyevdən (hüquq müdafiəçisi, Hüquqi Maarifləndirmə Cəmiyyəti) ibarət qrupun namizədliyi irəli sürülüb.
“Müdafiəçi” kateqoriyasında 2011-ci ildə həbs edilmiş və saxta ittihamlarla 5 il müddətinə azadlıqdan məhrum edilmiş məşhur Belarus hüquq müdafiəçisi Ales Belyatskiy irəli sürülüb.
 

Previous Post

2012-Cİ İLİN 12 ƏN QABAQCIL İNSAN HAQLARI FƏALI SIRASINDA İDRAK ABBASOV DA VAR

Next Post

LOREEN “DEMOKRATİYA NAMİNƏ İNCƏSƏNƏT” KAMPANİYASINA UĞURLAR DİLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.