RƏSMİ DÖVLƏT QƏZETLƏRİNİN QİYMƏTİ QALXIB

Bu gün yayılan məlumatlara görə, yanvarın 1-dən etibarən rəsmi dövlət qəzetlərinin qiyməti bahalaşıb.

Qəzetlərin satış qiyməti 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Bu məsələni dəqiqləşdirmək üçün RATİ Milli Məclisin mətbu orqanı olan “Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynli ilə əlaqə saxlayıb. Hüseynli bildirib ki, “qəzet qiymətlərinin artımına mətbəə və qəzetin hasil olması üçün lazım olan digər xərclərin artması səbəb olub”. İ.Hüseynli onu da əlavə edib ki, qiymətləri qaldırarkən digər rəsmi dövlət qəzetləri ilə ümumi razılaşma əldə olunub. “Biz qiymət artımını hələ 2-3 ay bundan əvvəl planlaşdırırdıq. Qəzetlərin 20 qəpik civarında olması real deyil”.
Previous Post

MƏHƏRRƏMLİ DUBLYAJIN KEYFİYYƏTİNİN TƏDRİCƏN YAXŞILAŞAÇAĞINI BİLDİRİB

Next Post

JURNALİSTLƏR ÜÇÜN TRENİNQ KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.