OMBUDSMAN JURNALİSTLƏRİN VƏ MÜŞAHİDƏÇİLƏRİN AÇIQ MƏHKƏMƏ PROSESİNƏ BURAXILMAMASINI ARAŞDIRIB

Ombudsman Elmira Süleymanova Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) müraciətini cavablandırıb. Qeyd edək ki, RATİ müraciətində Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın tələbə-jurnalist Elmin Bədəlovun

şikayəti üzrə açıq keçirilən məhkəmə prosesinə müşahidəçiləri və jurnalistləri buraxmamasını araşdırılmasını xahiş etmişdi. Ombudsman Elmira Süleymanovanın imzası ilə bu gün (04 avqust) daxil olan cavab məktubunda bildirilir ki, RATİ-nin müraciətilə bağlı Bakı Apellyasiya Məhkəməsinə sorğu göndərilmiş və cavab alınmışdır.

 

Apellyasiya məhkəməsinin verdiyi cavabda bildirilib ki, sözügedən prosesdə məhkəmə iclası başlanandan sonra media nümayəndələrinin icazəsiz şəkildə iclas zalına daxil olmalarına sədrlik edən hakim tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 176.4-cü maddəsinə əsasən razılıq verilməmişdir. Apellyasiya məhkəməsi Ombudsmana məktubunda onu da bildirib ki, bu barədə 01. 07. 2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən RATİ-yə məktub göndərilmiş və qeyd edilən iş üzrə məhkəmə iclasının nə vaxta təxirə salınması barədə məlumat verilməklə izah edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsində qapalı keçirilən məhkəmə iclasları istisna olmaqla, hər bir şəxs, o cümlədən media nümayəndələri də, açıq məhkəmə iclasında iştirak edə bilərlər. Həmçinin qeyd edilən iş üzrə 02.07.2010-cu il tarixdə keçirilən açıq məhkəmə iclasında media nümayəndələrinin  də iştirak etdiyi vurğulanıb.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 03.08.2010

Next Post

EYNULLA FƏTULLAYEVİN APELLYASİYA ŞİKAYƏTİNƏ HAKİM MİRPAŞA HÜSEYNOVUN İCRAATINDA BAXILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.