ATƏT JURNALİSTLƏRİN AZADLIĞA BURAXILMASI ÜÇÜN HAKİMİYYƏTİ TƏLƏSDİRİR

Bu gün ATƏT-in baş katibi Mark Perrin de Brişambo APA-ya müsahibə verib.

Müsahibə zamanı jurnalistlərin həbsdə olması ilə bağlı ATƏT-in hansı tədbirlər görmək niyyətində olduğu sualını cavablandırarkən baş katib qeyd edib ki, “biz hələ də həbsdə olan jurnalistlərin sərbəst buraxılmasını təmin etmək üçün hakimiyyəti tələsdirməkdə davam edirik”. Baş katibin sözlərinə görə, “Azərbaycan hakimiyyəti jurnalist fəaliyyətinin kriminallaşdırılmasının qarşısını almağa imkan verəcək və mediaya ictimaiyyət üçün əhəmiyyət kəsb edən məsələləri cəzalanma qorxusu olmadan işıqlandırmağa şərait yaradacaq hüquq islahatlarını keçirməyə davam etməlidir. Böhtan ilə əlaqədar qanunvericiliyin yenidən nəzərdən keçirilməsi bu istiqamətdə atılmış əhəmiyyətli bir addım ola bilər”.
Previous Post

MTRŞ-NIN DÖVLƏT ORQANLARI SIRASINDAKI KATEQORİYASI DƏYİŞDİRİLİB

Next Post

MTRŞ-NIN DÖVLƏT ORQANLARI SIRASINDAKI KATEQORİYASI DƏYİŞDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.