ATƏT PARLAMENT ASSAMLEYASININ İLLİK SESSİYASINDA OSLO BƏYANNAMƏSİ QƏBUL EDİLİB

ATƏT Parlament Assambleyasının 19-cu İllik Sessiyası iyulun 10-da Oslo Bəyannaməsinin qəbul edilməsilə başa çatıb.

İngilis, Fransız və Rus dillərində olan Oslo Bəyannaməsi 250 parlament üzvünün iştirak etdiyi və Osloda keçirilən İllik Sessiyada qəbul edilmiş qətnamələrdən ibarətdir. Qətnamələr araşdırmaçı jurnalistlərin müdafiəsi də daxil olmaqla bir çox sahələri əhatə edir. Bəyannamədə ABŞ-ın İnsan Haqları üzrə Helsinki Komissiyasının sədri, Senator Benjamin L.Kardinin təklif etdiyi və ATƏT-ə üzvü olan 56 ölkədə mətbuat azadlığının və araşdırıcı jurnalistlərin müdafiəsinə dair qətnamə də əksini tapıb. Oslo Bəyannaməsində araşdırmaçı jurnalistlərin müdafiəsi ilə bağlı qətnamənin tərcüməsini təqdim edirik:

 

“1. Bizim liderlərimizin 1999-cu il İstanbul Sənədində “korrupsiya təhlükəsizliyin, iqtisadi və insani amillərin bir çox aspektlərinə təsir edərək, ATƏT-in paylaşılan dəyərlərinə böyük təhlükə yaradır” deyə vurğuladıqlarını xatırladaraq;

 

2. ATƏT-in İstanbul Sammitində iştirak edən dövlətlərin korrupsiyaya və onu yaradan şərtlərə qarşı mübarizəni gücləndirmək, yaxşı hakimiyyət təcrübəsi və ictimai vəhdət üçün müsbət quruluş inkişaf etdirmək, mövcud beynəlxalq vasitələrdən daha yaxşı istifadə etmək, korrupsiyaya qarşı mübarizədə bir-birlərinə kömək etmək, və korrupsiyalaşmış təcrübələrə qarşı güclü ictimai və biznes konsensusları qəbul etmiş qeyri-hökumət təşkilatları ilə işləmək sahəsində öhdəlik götürdüklərini vurğulayaraq;

 

3. İştirakçı dövlətlərin məlumat, xəbər və rəylər toplamaq, məruzə etmək və yaymaqla bağlı hüquqlar da daxil olmaqla fikir və ifadə azadlığı hüququnu müdafiə etmək məsuliyyətini vurğulayaraq;

 

 4. Diffamasiya ilə bağlı qanunlardan həqiqi bəyanatların, eləcə də fikirlərin, satiranın, nalayiq danışıqların və hətta yumorun cəzalandırılması üçün tez-tez istifadə olunduğunu qəbul edərək;

 

5. Korrupsiyanın ifşa edilməsində və bununla yanaşı demokratik cəmiyyətin güclənməsinə yardım etməkdə müstəqil mətbuatın və araşdırmaçı jurnalistlərin əsas və unikal rolunu işıqlandıraraq;

 

6. Siyasi və maliyyə təzyiqindən maksimum azad olan müstəqil və plüralist mətbuatın şəffaflığın təminatında əhəmiyyətli rolu olduğunu qəbul edərək; 

7. Araşdırmaçı jurnalistlərin tez-tez hakimiyyət və başqaları tərəfindən təzyiqə məruz qaldığından, inzibati və hüquqi tədbirlərin, eləcə də jurnalistlik fəaliyyətlərinə görə qətl və zorakı hücumların hədəfinə çevrilirdiklərindən ciddi xəbərdar olduğunu və 

8. Jurnalistlərin öldürülməsinin və onlara qarşı hücum hallarının cəzasız qalmasından dərin narahat olduğunu bildirərək,

ATƏT Parlament Assambelyası

 

9. Demokratiya, insan haqları və qanunun aliliyinin gücləndirilməsinə yönələn araşdırmaçı jurnalistlərin vacib işini dəstəklədiyini bəyan edir;

 

10. ATƏT-ə üzv dövlətləri

 

a. Öz qanunlarının, nizamnamələrinin və siyasətlərinin İnternetin və  digər müasir kommunikasiya texnologiyalarından istifadə edilməsi də daxil olmaqla, informasiyanın azad axınını, eləcə də ictimaiyyətin informasiyaya çıxışını dəstəkləməsini təmin etməyə, 

 

 b. Cinayət məsuliyyəti yaradan diffamasiya maddələrini ləğv etməyə,

 

c. Milli təhlükəsizlik və “ektremizm” ilə bağlı  sayca çox və söz yığınından ibarət qanunlar qəbul etməkdən çəkinməyə, 

 

d. tədqiqatçı jurnalistlərin peşə fəaliyyətinə mane olan inzibati maneələri və digər əngəlləri aradan qaldırmağa,

 

e. jurnalistlərin məlumat mənbəyini gizli saxlamaq hüququna hörmət etməyə,

 

f.  araşdırmaçı   jurnalistlərə qarşı hədələr və  fiziki hücumlara bağlı dərhal və tam tədqiqatlar aparmağa,

 

g. araşdırmaçı jurnalistlərin öldürülməsində günahkar sayılan  şəxsləri tam mənasında məsuliyyətə cəlb etməyə çağırır.

 

11. Assambleyanın Jurnalistika və Demokratiya üzrə  illik  mükafatını yenidən təsis etməklə demokratiyanın, insan haqlarının və qanunun aliliyinin gücləndirilməsində jurnalistlərin vacib roluna diqqət çəkən işləri nəzərə alacağına razılıq verir.

 

Previous Post

BU GÜN ADNAN HACIZADƏNİN AD GÜNÜDÜR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.