OSMAN KAZIMOVUN VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLADI

İyunun 1-də Binəqədi rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Osman Kazımovun Vəkillər Kollegiyasından xaric edilməsi,  bu iddiaya qarşı Osman Kazımovun verdiyi qarşılıqlı iddia və  müstəqil tələb irəli sürən 3-cü şəxs – Tural Kərimovun iddiası əsasında məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı, onun nümayəndələri Altay Muradov və Feruz Quliyev, cavabdeh Osman Kazımov, onun nümayəndəsi  Natiq Mustafayev, vəkili Vüqar Xasayev və  3-cü şəxsin nümayəndəsi Yavər Hüseynov iştirak edirdi.

            Prosesdə çıxış edən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin nümayəndəsi Altay Muradov bildirdi ki, Osman Kazımov vəkillik etikasına zidd hərəkət edib, qanunun tələblərin pozaraq müdafiə etdiyi şəxsi müdafiəsiz qoyub.

“O, üzləşdirmə protokoluna imza atmayıb. Eyni zamanda digər istintaq hərəkətlərində də iştirak etməkdən üzrsüz səbəbdən boyun qaçırıb. Vəkilin bu hərəkəti ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorun birinci müavini Rüstəm Usubov Vəkillər Kollegiyasına müraciət edib. Bu müraciət Vəkillər Kollegiyası İntizam Komissiyası tərəfindən araşdırılmış və  4 fevral 2011-ci il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyəti Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurum üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul edib.  Mən də məhkəmədən Osman Kazımovun Vəkillər Kollegiyasından xaric edilməsi barədə qətnamə çıxarmağı xahiş edirəm”, – deyə Altay Muradov məhkəmədə bildirib.

            İddiaçının nümayəndəsinə suallar verən Osman Kazımov bildirib ki, o üzləşdirmə protokolunda müstəntiq tərəfindən şahid ifadəsi təhrif edildiyinə görə etiraz edib və protokolu da  imzalamayıb:

            “Bununla bağlı Baş Prokuror Zakir Qaralova vəsatət göndərmişəm. O isə vəsatətimin rədd edilməsi ilə bağlı qərar verib. Eyni zamanda mən istintaq hərəkətlərində iştirak etmək üçün göndərilən  çağırış vərəqələrini nə vaxt almağım barədə Vəkillər Kollegiyası rəyasət Heyətinə verdiyim izahatda qeyd etmişəm”, – deyə Kazımov bildirdi.

            Kazımov işlədiyi hüquq məsləhətxanasının müdiri Sümbülə Əliyevanın, müdafiə etdiyi şəxs Tural Kərimov və  bu iş üzrə müstəntiq Kamal Talıboun məhkəmədə dindirilməsi barədə vəsatətlə çıxış etdi.

            Proses zamanı aqressiv davranışlar nümayiş etdirən iddiaçının nümayəndəsi  Feruz Quliyev ilə proses iştirakçıları arasında konflikt yarandığından hakim vəsatətə münasibət bildirmədi.

            Hakim Hüseyn Səfərov iddiaçı tərəfdən Vəkillərin Etik davranış Qaydaları haqqında Əsasnaməni və  Osman Kazımova göndərilmiş çağırış vərəqələrini məhkəmə təqdim etməyi tələb etdi.

            Hakim növbəti prosesi 24 iyun saat 15:20-yə təyin etdi.

Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də keçirilən iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurum üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul edilib. Rəyasət Heyəti bu qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb. Prokurorluq Osman Kazımovu Cinayət Prosessual Məcəlləsini və “Vəkillik fəaliyyəti haqqında” qanunu pozmaqda ittiham edir.
 

 

 

Previous Post

İyunun 1-də Binəqədi rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Vəkillər Kol

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.