ANDRES HERKEL AZƏRBAYCANDA SÖZ AZADLIĞININ SIXIŞDIRILDIĞINI DÜŞÜNÜR

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel “Azadlıq” radiosuna verdiyi müsahibəsində bildirib ki, “jurnalistlərin aclıq keçirməsi onu göstərir ki, Azərbaycanda söz azadlığı sıxışdırılır.

Eynulla Fətullayev kimi adamların həbsdə olub aclıq etməsi çox utandırıcı bir haldır”. Boykot və aclıq kimi metodların heç də yaxşı metod olmadığını vurğulayan həmməruzəçi əlavə edib ki, “jurnalistlərin müdafiəsi üçün komitə səviyyəsində bəyannamə iyun sessiyası üçün nəzərdə tutulur. Və iyunda belə bir bəyanatı AŞPA-ya təqdim edəcəyik”. Sonda A.Herkel jurnalistlərin aclıq aksiyası davam edərsə bu barədə Azərbaycan hakimiyyəti ilə danışıqlar aparacağını vurğulayıb. 

 

Previous Post

JURNALİSTLƏRİN ACLIQ AKSİYASINA DAHA İKİ NƏFƏR QOŞULUB

Next Post

PİTER SEMNEBİ JURNALİSTLƏRİN ACLIQ AKSİYASINA MÜNASİBƏT BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.