“PEN” KLUBU İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

İngiltərənin “PEN” klubunun rəhbəri Liza Appiknoneşin, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin azadlığa buraxılması barədə Azərbaycan prezidenti İlham Əliyevə müraciət məktubu göndərib.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorla telefon vasitəsilə danışan atası Emin Fətullayev verib. Emin Fətullayevin sözlərinə görə, L. Appiknoneşinnin məktubu cavablandırılması üçün Prezident aparatından Ali Məhkəməyə göndərilib. Ali Məhkəmənin sədri Ramiz Rzayevin cavablandırdığı məktub isə 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Eynulla Fətullayevə göndərilib. Emin Fətullayev RATİ-ə onu da deyib ki, R. Rzayev məktuba cavab olaraq bildirib ki, baş redaktorun məhkəmə qərarından kassasiya şikayəti verməyə hüququ var.
Eynulla Fətullayev isə yaxın günlərdə onun işinə Avropa İnsan Haqları Məhkəməsində baxılacağını bildirərək kassasiya şikayəti verməkdən imtina edib.
Baş redaktor daha sonra “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlını “Şərqi Avropanın azad mətbuatı” mükafatına layiq görülməsi münasibəti ilə təbrik edib.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 
Previous Post

DAY.AZ”IN KEÇMİŞ BAŞ REDAKTORU YENİ MEDİA LAYİHƏSİNƏ RƏHBƏRLİK EDƏCƏK

Next Post

MÜŞFİQ HÜSEYNOV ƏFV OLUNMASINI İSTƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.