JURNALİSTİ DÖYƏN ŞƏXSLƏR BUNU İNKAR EDİBLƏR

Binəqədi Rayon 7-ci polis bölməsinin təhqiqatçısı Elnur Əliyev bu gün səhər saatlarında  RATİ- yə bildirib ki, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin döyülməsi ilə bağlı məhkəmə tibb-ekspertizasının rəyi artıq alınıb.

Məhkəmə tibb-ekspertizasının rəyində bildirilir ki, müayinədə jurnalistin aldığı xəsarətlər müəyyən olunub, lakin  jurnalistin həmin xəsarətləri döyülən gün (22 fevral) deyil, 4-5 gün əvvəl aldığı göstərilib.
Təhqiqatçı E.Əliyev bunlarə da əlavə edib: “Jurnalisti döyən şəxslər bu gün bölmədə dindirilib. Dindirilmə zamanı həmin şəxslər döymə faktını inkar ediblər. Sadəcə olaraq bildiriblər ki, jurnalist onların şəklini çəkdiyinə görə aralarında anlaşılmamazlıq olub və bir-birlərini təhqir ediblər”.
Mövqeyini öyrənmək üçün Aqil Xəlillə əlaqə saxladıq. Jurnalist vurğuladı ki, ona bu barədə heç bir məlumat verilməyib. Gün ərzində polis təhqiqatçısı E.Əliyevlə əlaqə saxlamağa çalışsa da, heç bir nəticə verməyib:”Həmin müddətdə də bir neçə dəfə zəng vurmub barışıq təklifi etmişdilər. İndi isə mən onları tapa bilmirəm”.

Previous Post

“XURAL”-IN ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ TƏXİRƏ SALINIB

Next Post

E L A N

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.